{category-title}

Kriminal
7.10.2026, 15:40
Qubada iki avtomobil toqquşub, ölən var

Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ-2106" və "Toyota Prado" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir nəfər aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
