{category-title}

Gündəm / Cəmiyyət
7.10.2026, 17:03
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.
APA-nın Türkiyə bürosu yerli mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Putini ad günü münasibətilə təbrik edib.
Tərəflər eyni zamanda, Türkiyə-Rusiya münasibətləri və regional məsələləri müzakirə ediblər.
Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan işlərin əhəmiyyətini vurğulayıb, Türkiyənin Rusiya ilə Ukrayna arasında təmasların başlanması üçün töhfə verməyə hazır olduğunu bildirib.
