{category-title}

 

Cəmiyyətdə elə şəxsiyyətlər var ki, onların həyat yolu, gördükləri işlər və malik olduqları mənəvi dəyərlər hər zaman ətrafdakılara nümunə olur. Ölkəmizin tərəqqisinə, həyata keçirilən strateji daxili iqtisadi siyasətə hər zaman fəal şəkildə dəstək verən, dövlətçiliyə sədaqəti ilə seçilən Tofiq İsayev məhz belə dəyərli ziyalılardan və ictimai xadimlərdəndir. Ötən illər ərzində müxtəlif məsul vəzifələrdə çalışmasına və geniş fəaliyyət dairəsinə malik olmasına baxmayaraq, onun adına heç bir zaman heç bir kölgə düşməmiş, əksinə, o, hər zaman ləyaqəti, dürüstlüyü və təmiz adı ilə cəmiyyətin dərin hörmətini qazanmışdır.

Tofiq İsayevin həyat fəlsəfəsinin və ictimai fəaliyyətinin əsas xəttini xalqa, dövlətə və milli maraqlara sadiqlik təşkil edir. O, hər zaman ölkə rəhbərliyinin yürütdüyü siyasətin dəstəkçisi olmuş, görülən işlərin təbliğində və cəmiyyətə çatdırılmasında fəallıq göstərmişdir. Lakin onun xarakterini və insani keyfiyyətlərini ən gözəl şəkildə üzə çıxaran məqamlardan biri onun cəmiyyətin həssas təbəqəsinə – şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan münasibətidir.

Hər bir vətəndaşın, xüsusilə də cəmiyyətdə söz sahibi olan hər bir rəhbərin Vətən qarşısında mənəvi borcu var. Lakin elə insanlar var ki, onlar bu borcu yalnız sözdə deyil, əməli işləri, gündəlik həssas münasibətləri ilə hər an sübut edirlər. Tofiq İsayev üçün isə Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələrinə və sağlamlığını qurban verən qazilərimizə xidmət etmək mənəviyyat və vicdan məsələsidir.

O, hər zaman qazilərimizin problemləri ilə yaxından maraqlanır, onların müalicə və sosial məsələlərinin həllinə dəstək göstərir. Şəhid ailələrinin əzizlərinə qarşı göstərilən diqqət və qayğı Tofiq İsayevin həyat fəlsəfəsinin ayrılmaz hissəsidir. O, haqlı olaraq hesab edir ki, bu gün azad torpaqlarda nəfəs alırıqsa, üçrəngli bayrağımız qürurla dalğalanırsa, bunu məhz şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların ailələrinə sahib çıxmaq, üzünü güldürmək hər bir azərbaycanlının müqəddəs borcudur və Tofiq müəllim bu missiyanı hər zaman ləyaqətlə yerinə yetirir.Hər bir insanın ömür yolu onun cəmiyyətə qazandırdıqları, insanlara bəxş etdiyi sevinc və qoyduğu izlərlə ölçülür. Tofiq İsayevin həyat yolu isə bütövlükdə xeyirxahlığa, əməksevərliyə, cəmiyyətə və doğma yurda sədaqətə köklənib. O, sadəcə bir iş adamı, uğurlu rəhbər deyil, eyni zamanda adı hər zaman xeyirxahlıqla hallanan, dar gündə insanların, xüsusilə də ehtiyac sahiblərinin köməyinə çatan, milli-mənəvi dəyərlərə sadiq qalan ziyalı və xalq adamıdır.

Onun fəaliyyətinin əsas dayağını insana hörmət, cəmiyyətə faydalı olmaq və hər zaman haqqın, ədalətin yanında dayanmaq prinsipi təşkil edir. Tofiq İsayev dərk edir ki, əsl zənginlik maddi sərvətlərlə deyil, qazanılan xalq duası, şəhid və qazi ailələrinin alqışı, insanların qəlbində qurulan taxtla ölçülür.

 

"Messenat Holdinq"in prezidenti kimi Tofiq İsayev illərdir ki, cəmiyyətin həssas təbəqələrinə, xüsusilə də qazi və şəhid ailələrinə davamlı dəstək göstərir, xeyriyyəçilik layihələrinə öncülük edir. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən xeyirxah əməllər saysız-hesabsız insanın həyatında müsbət dönüş yaradıb.

Azərbaycan xalqının qədimən sahib olduğu xeyriyyəçilik və qardaşlıq ənənələrini müasir dövrdə layiqincə davam etdirən Tofiq İsayev milli-mənəvi dəyərlərimizin qorunmasına xüsusi həssaslıqla yanaşır. Onun üçün xeyriyyəçilik sadəcə bir jest deyil, daxili təlabat, vətəndaşlıq borcu və mənəviyyat məsələsidir.

Tofiq İsayevin rəhbərlik etdiyi sahələrdə qazandığı uğurlar onun peşəkarlığının, işgüzarlığının və uzaqgörən rəhbərlik qabiliyyətinin bariz nümunəsidir. O, hər bir işə böyük məsuliyyət və sevgi ilə yanaşır, kollektivdə sağlam mühitin formalaşmasına çalışır. Onunla işləyənlər Tofiq müəllimi yalnız tələbkar rəhbər kimi deyil, həm də hər an dəstək olmağa hazır olan qayğıkeş bir ağsaqqal, səmimi insan kimi səciyyələndirirlər. Tariximizin ən şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Tofiq İsayev bir an belə olsun qazilərimizi və şəhidlərimizin əziz xatirəsini diqqətdən kənarda qoymamışdır. O, həmin qürurlu, lakin bir o qədər də duyğulu günlərdə şəhid ailələrinin evlərinə baş çəkmiş, onların dərdlərinə şərik olmuş, hüzr mərasimlərində yaxından iştirak etmişdir. Tofiq İsayev üçün bu ziyarətlər hər hansı bir protokol qaydası deyil, vicdan borcu, Vətən qarşısında mənəvi öhdəlikdir. O, imkan daxilində şəhid ailələrinin və qazilərin hər cür ehtiyaclarını qarşılamağa, onların problemlərinin həllinə dəstək olmağa çalışmışdır.

Bu gün də Tofiq İsayev şəhid ailələrinin və qazilərin etibarlı dostu, arxa-dayağı olaraq qalmaqdadır. O, hər bir qazinin problemini öz dərdi kimi qəbul edir, onların cəmiyyətdə aktiv mövqe tutmasına, sosial qayğılarının aradan qaldırılmasına köməklik göstərir. Onun bu xeyirxahlıqları, adətən, reklamdan uzaq, təmənnasız və səmimi şəkildə həyata keçirilir ki, bu da onun nə qədər alicənab insan olduğunu bir daha sübut edir.

Tofiq İsayevin timsalında biz əsl vətəndaş mövqeyi, dövlətçiliyə sarsılmaz sədaqət və insanlara ləyaqətlə xidmət nümunəsi görürük. Şəhidlərin ruhuna ehtiramla yanaşan, qazilərimizi başıuca tutan belə ləyaqətli insanlar hər zaman cəmiyyətin ehtiramını qazanmağa və yüksək qiymətləndirilməyə layiqdirlər.

Son xəbərlər

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Qubada iki avtomobil toqquşub, ölən var

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib

Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib

Bütün xəbərlər