{category-title}

Koronavirus bioloji silahdırmı? - Çin cavab verdi

 Çin hökuməti koronavirusun bioloji silah olma versiyasını qiymətləndirib. Belə ki, ÇXR-in ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edərək, bu mövzuda spekulyasiyanı axmaqlıq adlandırıb.

Diplomat bəyan edib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə, bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər, həmçinin koronavirusla mübarizəyə mane olar.
“Bəzi insanlar deyir ki, virus hərbi laboratoriyada yaradılıb – Çində yox, ehtimal ki, ABŞ-da. Biz bu ağılsız fərziyələrə necə inana bilərik?” - deyə Tyankay bəyan edib.
Diplomat onu da bildirib ki, virusun mənşəyi barədə hələ çox şey məlum deyil. 
“Bir çox ölkələrin alimləri daha çox informasiya əldə etməyə çalışır. Lakin ilkin araşdırmalara görə, koronavirus insanlara heyvanlardan keçə bilər”, - deyə o, bildirib.
Qeyd edək ki, Çin hökuməti “2019-nCoV” koronavirusuna müvəqqəti olaraq NCP (yeni tip koronavirusun səbəb olduğu sətəlcəm) adı verib. Son məlumatlara görə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 803 nəfərə çatıb. //Oxu.az

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər