{category-title}

Gündəm / Cəmiyyət
28.11.2026, 15:34
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.