{category-title}

Badamdarda evlərə vahid qiymət qoyulmayacaq

Badamdar ərazisində baş verən sürüşmə ilə əlaqədar sakinlərin köçürülməsi davam edir. Ərazidən təxliyə olunan vətəndaşlara ödəniləcək kompensasiyanın məbləği isə müzakirə mövzusudur. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müşaviri Asif İbrahimov Modern.az-a açıqlamasında bildirib ki, hazırda kompensasiya ilə bağlı konkret məbləğ açıqlamaq mümkün deyil. Çünki hər bir əmlak fərdi qaydada qiymətləndirilməlidir.

Onun sözlərinə görə, kompensasiyanın məbləği əmlakın xüsusiyyətlərindən, yerləşdiyi ərazidən, torpaq sahəsinin ölçüsündən, tikilinin vəziyyətindən və bazar dəyərindən asılı olaraq müəyyənləşdirilməlidir. Ekspert vurğulayıb ki, müvəqqəti təxliyə ilə əmlakın dövlət tərəfindən satın alınması hüquqi baxımdan fərqli prosedurlardır.

Kompensasiya hesablanarkən yalnız evin tikinti sahəsi və ya kvadratmetr üzrə şərti qiymət əsas götürülməməlidir. Badamdarın Bakı əmlak bazarında yüksək qiymətə malik ərazilərdən biri olduğunu xatırladan ekspert bildirib ki, sürüşmə hadisəsi bu ərazidə illər ərzində formalaşmış əmlak dəyərlərinə də təsir göstərə bilər.

Torpaq sahəsinin dəyəri, evin yerləşməsi, infrastruktura yaxınlığı və digər bazar amilləri qiymətləndirmə zamanı nəzərə alınmalıdır. Bu səbəbdən hər bir əmlak müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən fərdi qaydada dəyərləndirilməli, real bazar məlumatlarından istifadə olunmalıdır.

Ekspert hesab edir ki, sakinlərə təklif edilən kompensasiya məbləği şəffaf metodologiya əsasında hesablanmalı, qiymətləndirməni aparan şəxslərin obyektivliyi təmin edilməlidir. Köçürülən ailələrin sonrakı yaşayış şəraiti də nəzərə alınmalıdır. Onun sözlərinə görə, dövlət tərəfindən yalnız əmlakın dəyərinin ödənilməsi deyil, zərurət yarandıqda müvəqqəti yaşayış, kirayə və daşınma xərclərinin qarşılanması mexanizmləri də nəzərdən keçirilməlidir.

Badamdar ərazisi üzrə vahid və şəffaf kompensasiya mexanizminin hazırlanmasını məqsədəuyğun hesab edir. O bildirib ki, sakinlərə qiymətləndirmə hesabatları təqdim olunmalı, razılaşmadıqları təqdirdə müstəqil təkrar qiymətləndirmə və hüquqi müdafiə imkanları yaradılmalıdır.

Ekspertin fikrincə, sürüşmə təhlükəsi insanların iradəsindən asılı olmayan fövqəladə vəziyyət olduğundan, kompensasiya vətəndaşların maddi itkilərini qarşılamağa və əvvəlki yaşayış səviyyələrini qorumağa imkan verən real, ədalətli bazar dəyəri əsasında müəyyənləşdirilməlidir.

Son xəbərlər

Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Badamdarda evlərə vahid qiymət qoyulmayacaq

İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır"

Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

İrəvanda hərəkətdə olan avtomobil partlayıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib

Ağsuda qəza olub, ölən var

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Bütün xəbərlər