{category-title}

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Azərbaycan ATƏT-ə sədrlik üçün namizədliyinin irəli sürülməsinə razıdır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsahkna ilə brifinqdə deyib.

"İsveçrənin ATƏT-də sədrliyi dekabrın 31-də bitir. Növbəti sədr barədə müzakirələr gedir, müxtəlif təkliflər irəli sürülür. ATƏT məkanında kifayət qədər gərgin mühitin olmasını nəzərə alsaq, hər kəs üçün məqbul tərəfin namizədliyinin irəli sürülməsi hələlik mümkün olmayıb".

Nazir qeyd edib ki, Azərbaycanın bütün bu müddət ərzində mövqeyi ondan ibarət idi ki, rəsmi Bakı istənilən konsensuslu namizədi dəstəkləməyə hazır idi və Azərbaycan bu istiqamətdə hər hansı bir fəallıq da göstərməyib:

"Ancaq nəzərə alsaq ki, 3–4 dekabr tarixində İsveçrənin Luqano şəhərində nazirlərin toplantısı keçiriləcək, artıq vaxt azalır və həm fəaliyyətdə olan sədr, həm digər iştirakçılar bəlli bir vaxt sıxıntısı hesab edirlər. Son həftələr ərzində daha intensiv məsləhətləşmələr başlanıldı və başqa alternativ təkliflər masa üzərinə gəldi. Həmin o alternativ təkliflər sırasında, o cümlədən ölkəmizə də təklif edildi ki, bizim də namizədliyimiz masaya gətirilə bilər və bizim buna münasibətimiz nədən ibarətdir".

C. Bayramov bildirib ki, yeni bir yanaşma da bu son həftələrin diskussiyalarında ondan ibarət oldu ki, artıq bu konsensusu əldə etmək üçün, ola bilsin ki, bir prosesi asanlaşdırmaq üçün bu konkret bir il üçün deyil, 27, 28, 29-cu illər üçün bir paket şəklində ölkələr müəyyən edilsin, təklif edilsin və bu paket ətrafında çalışıb konsensus formalaşdırmaq mümkün olsun:

"Həmin o paket daxilində bizə də təklif olundu və biz münasibətimizi bildirdik ki, yəni Azərbaycan bu kifayət qədər mürəkkəb durumu nəzərə alaraq öz müsbət töhfəsini təşkilatın gələcəyinə verməyə hazırdır. Hətta onu da qeyd edərəm ki, bu paket kontekstində ilkin təklif Azərbaycana oldu. Daha sonra bəzi fikirlər də əlavə edildi, o cümlədən məsəl üçün Ermənistanın da olması və paket daxilində həm Azərbaycan, həm Ermənistan".

XİN rəhbəri xatırladıb ki, bu iki ölkə uzun müddət ərzində münaqişə vəziyyətində olub, uzun illər ərzində nə Azərbaycanın, nə Ermənistanın ATƏT sədrliyi kontekstində namizədliyi müzakirə belə olunmurdu, çünki aydın idi ki, bu ölkələr bir-biri üçün qəbuledilməz idilər.

"Ona görə belə diskussiyalar da yox idi. Bəli, hal-hazırda belə bir paket kontekstində ölkəmizin də adı var. Biz ümumilikdə buna, yəni konsensus nail olunduğu təqdirdə müsbət yanaşırıq. Qeyd etdiyiniz məsləhətləşmələr, onlar kifayət qədər intensiv şəkildə davam edir".

Son xəbərlər

Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Badamdarda evlərə vahid qiymət qoyulmayacaq

İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır"

Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

İrəvanda hərəkətdə olan avtomobil partlayıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib

Ağsuda qəza olub, ölən var

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Bütün xəbərlər