{category-title}

Bu alkoqollu içkiləri almayın - FOTO

 

AQTA əməkdaşları saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə məlumat verilib.

Bildirilir ki, daxil olan məlumat əsasında Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri, M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib.

Reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib.

Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia", "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.

Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq, 6500 ədəd aksiz marka, 500 ədəd "Ruskıy Standart" etiketi, 400 ədəd stiker, 1500 ədəd QR-kod, filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülüb.

Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Bu alkoqollu içkiləri almayın - FOTO

 

Son xəbərlər

Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Badamdarda evlərə vahid qiymət qoyulmayacaq

İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır"

Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

İrəvanda hərəkətdə olan avtomobil partlayıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib

Ağsuda qəza olub, ölən var

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Bütün xəbərlər