{category-title}

DTX nazir müavininin həbs görüntülərini yaydı - VİDEO

 

Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

PressXeber.info -ın DTX-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşib.
Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.
Həmçinin araşdırmalar nəticəsində, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.
Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.

Son xəbərlər

Pakistanda binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Badamdarda evlərə vahid qiymət qoyulmayacaq

İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır"

Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

İrəvanda hərəkətdə olan avtomobil partlayıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində atılan raketi zərərsizləşdirib

Ağsuda qəza olub, ölən var

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Bütün xəbərlər