{category-title}

Niyə Türkiyə ilə Azərbaycan birlikdə HƏRƏKƏT EDƏ BİLMİR - SƏBƏB

 

 

Türkiyə ilə Azərbaycan üçün “erməni məsələsi” ümumi problemdir.

Politoloq, ermənişünas alim Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında erməni məsələsində Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməməsinin səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Lavrov kimi erməni soylular var olduqca hələ ki, bu mümkün olmur:

“ABŞ Nümayəndələr Palatasında qəbul edilmiş “erməni soyqırımı” qərar layihəsinin keçməsi o demək deyil ki, bu, Konqresdən, senatdan da keçəcək. Hələ bundan sonra Prezidentin razılığı məsələsi də var. Qəbul edilən layihə siyasi qərardır və Türkiyənin Suriyadakı siyasətinə qarşı atılmış addımdır. Türkiyədən ABŞ istədiyini almadığına görə, hətta 1915-ci ilin 100-cü ilində belə gündəmə gətirilməyən bu məsələ NP-na gətirilib”.

Q. Çaxmaqlı ABŞ-da qəbul edilən qanun layihəsindən sonra Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan səfəri çərçivəsində “erməni abidəsi”ni ziyarət etməsinin heç bir əlaqəsi olmadığını vurğulayıb:

“Rusiya son zamanlar ortada olan bu fikri dəyişdirməyə çalışır ki, Türkiyə ilə yaxınlaşma nəticəsində Qarabağ məsələsində Azərbaycan üstünlük əldə edib. Lavrovun İrəvanda verdiyi müsahibə də buna hesablanıb. Rusiya tərəfi erməniləri rahatladan və onlara dayaq olacaqlarını bildirən bəyanatlar verirlər. Bunları biz yaxşı hesablamalıyıq. Türkiyəni Qarabağ məsələsinə daha çox cəlb etmək üçün, bu problemin qardaş ölkənin də təhlükəsizliyinə təhdid olduğunu dilə gətirməliyik. Elə etməliyik ki, Türkiyənin Qarabağı azad etməkdən başqa seçimi olmasın. Türkiyə ilə Azərbaycan üçün “erməni məsələsi”nə baxış fərqli deyil. Bu mənada Türkiyə ilə Azərbaycan birləşməlidir. Bu məsələdə birlik olsa da, amma onu sistem halına gətirməyə ehtiyac var”.

Q. Çaxmaqlı qeyd edib ki, Rusiyanın qondarma soyqırım məsələsində mövqeyi bəllidir:

“Məlum yalanı da 1996-cı ildə qəbul edib. Bu məsələnin ikitərəfli siyasətin davamına heç bir təsiri yoxdur. "Erməni soyqırımı”nın qəbul edilməsi siyasi qərardır və Türkiyə qəbul etmədiyi təqdirdə mənası yoxdur. Biz çalışmalıyıq ki, Türkiyə Rusiyanı bizim haqlı mövqeyimizə tərəf gətirsin. Qarabağda antiterror əməliyyatları keçirəndə, tərəfsiz qalsın. Rusiya Suriya məsələsində ortaq mövqedən çıxış edir. Amma biz Qarabağ məsələsində də Kremli həmin mövqeyə gətirmək üçün çalışmalıyıq”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər