{category-title}

"PAŞİNYAN HAQLIDIR" - Azərbaycan bunu əngəlləyə bilmir...

 

Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolunun olması mövzusunda Paşinyan haqlıdır.

Redaktor.az bildirir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın Los-Ancelesdə təşkil olunan mitinqdə ermənilər qarşısındakı çıxışına münasibət bildirib.

Politoloq hesab edir ki, Paşinyan yenə də hər cümləsində Dağlıq Qarabağı Ermənistandan ayırmadı:

“Doğrudur, o, avqustun 5-də Xankəndidə dediyi “Qarabağ Ermənistandır” açıqlamasını təkrarlamadı. Paşinyan əvvəlcə Los-Anceles merinə və şəhər şurasına Dağlıq Qarabağı “tanıdığına” görə təşəkkür etdi. “Amerikadakı erməni diasporunun dəstəyi olmasaydı biz Dağlıq Qarabağdakı müharibədə (oxu: Azərbaycan torpaqlarının işğalında) qələbə çala bilməzdik” deyən Paşinyan diasporanın bu gün də Dağlıq Qarabağın arxasında dayandığını vurğuladı. Ermənistanın baş naziri diaspordan pul dilənməyi də unutmadı, ancaq bu sözlərini elə hiyləgərcəsinə dedi ki, dilənmək kimi səslənməsin. Məsələn dedi ki, guya Ermənistanda iqtisadi canlanma var və erməni diasporu ana vətəninə yatırım qoyarsa uduzmaz. Paşinyan maraqlı - xarici ölkədə yaşayan hər erməninin İrəvanda ev alması təklifini irəli sürdü. Amma bu absurddur. Çünki xaricdə yaşayan hər erməni İrəvanda ev alsaydı, Ermənistanın beynəlxalq maliyyə təşkilatlarıının yatırımlarına ehtiyacı olmazdı”.

Politoloq qeyd edib ki, erməni diasporunun nümayəndələri hərif deyillər:

“Onlar ABŞ-da qazandığı pulları göyə sovurmaq istəməzlər. “Paşinyan hakimiyyətdə nə qədər qalacaq” sualı erməni diasporunu da düşündürməyə bilməz. Ancaq bir məsələdə Paşinyan haqlıdır. Azərbaycan torpaqlarının işğalında erməni diasporunun rolu olub və onlar bu “çalışmalarını” bu gün də davam etdirirlər. İşğal altındakı torpaqlarımızda yolların çəkilişi, evlərin tikintisi, hansısa kiçik müəssisələrin açılışlarının arxasında erməni lobbisinin imkanlı təmsilçiləri dayanır və təəssüf ki, biz bunu hələ əngəlləyə bilmirik”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər