{category-title}

Hər gün Ermənistana əsgər meyidi getməlidir - SƏBƏB?

 

Hər gün Ermənistana əsgər meyidi getməlidir.

Professor Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında Ermənistanın Baş Qərargah rəisinin və Ermənistan XİN rəhbərinin Qarabağa səfərinin səbəblərinə aydınlıq gətirib.

Professor deyib ki, Ermənistanın rəsmi dövlət adamlarının və yaxud adi vətəndaşların Qarabağa gedib-gəlməsi adi haldır:

“Oranı ermənilər özlərinin bir bölgəsi olaraq bilirlər və yay aylarında gözəl Qarabağda bir neçə gün istirahət etmək üçün problemləri də yoxdur. Dövlət rəsmiləri buraya dizayn edəcəkləri siyasətin konturlarını müəyyən etmək üçün də səfərlər edirlər. Son günlər Dağlıq Qarabağ problemi ilə bağlı yaşanan gərginlik Ermənistanın hərbi rəhbərliyini narahat edir və siyasi gəlişmələrin hərbi işə, onların deyimi ilə “Qarabağın təhlükəsizliyi”nə daha az təsir etməsi üçün tədbirlər görmək məqsədi ilə bəzi aydınlaşma aparmaq ehtiyacı hiss edirlər"

Q. Çaxmaqlı vurğulayıb ki, Azərbaycan öz ərazilərini erməni separatçılardan təmizləyəcəyi ilə bağlı qərarlılığını nümayiş etdirəndə onlar daha ciddi təşviş keçirirlər:

"Ötən gün Qarabağa hərbi xidmətə gətirilən əsgərlərin yolda qaçmaq təşəbbüsü göstərməsi də bu təşvişin göstəricisidir. Əsgərlərin qaçmaq təşəbbüsü göstərir ki, heç kəs burada ölümə getmək istəmir. Bu bizim də fikrimizi təsdiq edir ki, erməni ordusu hər zaman gərginlik içərisində saxlanılmalı, hər gün Ermənistana bir əsgər meyidi getməlidir. Biz torpaqlarımızı azad etmək qərarlılığını hər addımda göstərməliyik. Yoxsa Ermənistandakı “Qarabağ məsələsi artıq həll edililib” fikrini dəyişdirə bilməyəcəyik”.

Qeyd edək ki,  ötən gün Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Qarabağa səfər edib. Eyni zamanda Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan da Qarabağda bir sıra görüşlər keçirib.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər