{category-title}

Elmar Vəliyevi güllələyən şəxsin istintaqı başa çatdı - MƏHKƏMƏ BAŞLAYIR

 Gəncə hadisələrinin əsas iştirakçılarında olan Yunis Səfərov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

PressXeber.info Musavat.com-a istinadən xəbər verir ki, cinayət işinin materiallarının artıq tanışlıq üçün təqsirləndirilən şəxslər və onların vəkillərinə təqdim olunub.

Bu cinayət işi üzrə 12 nəfər təqsirləndirilən şəxs var. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.

Baş prokurorluğun yaydığı məlumata görə, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib: "Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.
2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlib, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında onu izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayaraq hadisə yerindən qaçıb.
Bu il iyul ayının 3-də isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.
Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub".

Son xəbərlər

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Mərdəkanda yataqxanada yanğın olub

Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq

Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib

Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması təklif edilib

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib

Həbs edilən direktorun yerinə yeni təyinat oldu

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər