{category-title}

Gündəm / Cəmiyyət
18.11.2026, 10:56
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Səbuhi Əlizadə (+90 kq) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.
3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.
Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.