{category-title}

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU


Noyabrın 17-nə keçən gecə ilhaq edilmiş Krımda və Rusiyanın Krasnodar diyarında raket təhlükəsi elan olunub. Bundan sonra Rusiya tərəfindən Krıma rəhbər təyin edilmiş Sergey Aksyonov Krım körpüsündə nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.

Aksyonov bu barədə özünün “Telegram” kanalında məlumat yayıb.

“Hazırda nəqliyyatın hərəkəti dayandırılıb. Krım sakinlərindən və qonaqlarından körpü istiqamətində hərəkət etməkdən çəkinmələrini, marşrutlarını planlaşdırarkən mövcud məhdudiyyətləri nəzərə almalarını xahiş edirik”, – deyə o bildirib.

Ukraynanın monitorinq kanalı “Krımskiy Veter”in məlumatına görə, körpüyə dörd qanadlı raket atılıb. Şahidlərin çəkdiyi videolarda raketlərdən birinin körpünün mərkəzi hissəsində yerləşən 227 metrlik tağa dəydiyi və daha sonra həmin konstruksiyanın suya düşdüyü iddia olunur.

Bundan əvvəl, noyabrın 16-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri təxminən 100 pilotsuz uçuş aparatı ilə Krım körpüsünə hücum edib. “Mash” nəşrinin məlumatına görə, dronlardan birinin döyüş başlığı yarımada tərəfdə yerləşən sağ tağa düşüb. Nəticədə konstruksiyanın təxminən 15 dərəcə əyildiyi iddia edilib.

Rusiya dövlət mediasının yaydığı görüntülərdə tağın nəzərəçarpacaq dərəcədə əyildiyi və deformasiyaya uğradığı görünürdü. Ukrayna telekanalları isə körpünün avtomobil yolunun ən azı iki hissəsində zədələnmələri əks etdirən peyk görüntüləri yayımlayıb.

Kreml körpüyə dəyən ziyanı “kiçik” adlandırsa da, nəqliyyatın əks istiqamətli hərəkət rejimində bərpası 16 saatdan çox çəkib. Hazırda Kerç bərə keçidi Krım və Krasnodar diyarı arasında nəqliyyat əlaqəsinin təmin edilməsində əsas vasitələrdən birinə çevrilib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlanmasından sonra Ukrayna tərəfi Krım körpüsünə bir neçə dəfə hücum edib.

2022-ci ilin oktyabrında partlayıcı maddələrlə yüklənmiş yük avtomobilinin partlaması nəticəsində körpünün avtomobil yolunun iki aşırımı zədələnib. Partlayış dəmir yolu hissəsində hərəkət edən yanacaq daşıyan sisternə də zərər vurub.

2023-cü ilin iyulunda “Sea Baby” dəniz pilotsuz aparatlarının hücumu nəticəsində körpünün avtomobil yolu hissəsi dağıdılıb. 2025-ci ilin iyununda isə Ukrayna Silahlı Qüvvələri körpünün dayaqlarının altında yerləşdirilən partlayıcı maddələrdən istifadə edərək növbəti hücumu həyata keçirib.

Son hücumlardan sonra tikinti işlərinə nəzarət edən Rusiyanın Baş nazir müavini Marat Xusnullin körpünün bərpası üçün lazımi resursların, layihəçilərin və inşaatçıların cəlb edildiyini bildirib.

“Biz regional rəhbərlərlə logistika məsələləri üzərində işləyirik”, – deyə Xusnullin qeyd edib.

Son xəbərlər

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib

Həbs edilən direktorun yerinə yeni təyinat oldu

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

“Röya telefonu üzümə bağladı”

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

Sabah hava yağmursuz olacaq

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

Daha bir vəkil həbs edildi - FOTO

Bakıda güclü külək 32 ağacı sındırıb

UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol...

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Sabah Bakıda yağış yağacaq

Bütün xəbərlər