{category-title}

"Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

 

Kəndlilərin vacib problemlərindən biri onları ətrafdan təcrid edən nəqliyyatsızlıqdır. Nəqliyyatın olmaması onların kənd təsərrüfatı ilə məşğul olmalarına da əngəl yaradır. Kəndlilər nə heyvandarlıqla, nə də əkinlə məşğul ola bilirlər. Çünki məhsullarını bazara çıxarıb satmaq üçün nəqliyyat yoxdur.

“Ümumi yola çatanadək xeyli əziyyət çəkirik”

Kənd sakini Xəyalə Quliyeva danışır: “Həm bizim, həm də qonşuluğumuzdakı bir neçə kəndin sakinləri Lənkəran-Lerik yolundan istifadə etmək məcburiyyətindədir. O yola çıxmaq üçün isə insanlar xeyli əziyyət çəkməli olur. Düzdür, o yoladək olan məsafəni özümüz tez-tez təmir edirik, ancaq ictimai nəqliyyat yoxdur, kəndlilər isə çox imkansız olduqlarından kənddə tək-tük ailənin şəxsi maşını var. Bu səbəbdən də əsas yola çıxmaq üçün xeyli məsafəni piyada getməli oluruq. Adamlar yayın istisində, qışın şaxtasında bu yolları gedib-gələ bilmir”.

Kənd sakinləri nəqliyyat probleminə görə uzun illərdir ki, aidiyyəti qurumlara müraciət edir, ancaq problem həllini tapmır. Elşən Əsgərov: “Bunun qocası var, uşağı var, xəstəsi var, əli körpəli qadını var… Bir də baxırsan ki, xeyli insan qızmar günəşin altında piyada əsas yola tərəf gedir. Yayın cırhacırında ananın qucağında körpə şığıra-çığıra qalır. Hələ qışda bağçaya, məktəbə gedən uşaqlıarın əziyyətini görsəniz… Adamın ürəyi ağrıyır”.

“Piran yoluna çıxıb, ordan mərkəzə taksiylə gedirik”

Hamaratla Lənkəran-Lerik yoluna qədər məsafə 17 kilometrdir. Sakinlər özləri bu yolu imkanları daxilində və bacardıqları kimi səliqəyə salırlar: “Əsas yolu düzəltdilər, ancaq kəndlərə burulan yollara dəymədilər. Biz 17 kilometr piyada yeriyib əvvəl Piran yoluna çıxırıq, ordan da rayon mərkəzinə getmək üçün taksiyə otururuq, 6-8 manat yolpulu ödəməli oluruq. Hələ bunun geri qayıtmağı da var. Bir var adamlar çörək, dərman, odun, su almağa borc pul axtarır, bizim kənddə isə adamlar rayon mərkəzinə getməyə borc pul axtarır”.

Sakinlərin deməsinə görə, Hamaratdan Pirandadək arada 6-7 kənd var. Yəni bu istiqamətdə bir mikroavtobus heç olmasa bir reys etsə, kifayət qədər sərnişin toplaya bilər. İndi rayon mərkəzinə gedib-gəlmək, ən azı 12-15 manata başa gəlir. Məhz bu səbəbdən kəndlər sürətlə boşalır: “İnsanlar artıq bu şəraitdə yaşamaq istəmirlər. Hamaratda 50-dən artıq evin yarıdan çoxu boşdur. Kəndin az qala yarısı Bakının Binə kəndinə köçür. Xahiş edirik, bizə kömək edin. Bir mikroavtobus nədir ki, onun 10-a yaxın kəndin sakinlərindən əsirgəyirlər. Belə getsə, bu kəndlərdə adam qalmayacaq”. Dia.az

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər