{category-title}

"Ümumiyyətlə, kənddə sovet dövründə də qaz olmayıb..." - GİLEY

 Salyan rayonunun Xıdırlı kəndinin sakinləri hələ də qış aylarında evlərini, məktəblərini baha qiymətə aldıqları odun vasitəsilə qızdırırlar. 

Moderator.az-a bu haqda kənd sakini Elşad Məmmədkərimov məlumat verib. 
“İşıqlarımız, şükür Allaha, son illər yaxşı yanır. 4-5 il əvvəl su da çəkilib. Ancaq Xıdırlıda hələ də təbii qaz yoxdur. Ümumiyyətlə, kənddə sovet dövründə də qaz olmayıb... 
Özüm də Qarabağ müharibəsi veteranıyam, ürək xəstəsiyəm. Qışda yanacaq sarıdan çox əziyyət çəkirik. Qış ərzində oduna 300 manatadək pul veririk. Çoxuşaqlı ailələr, körpə uşaqları olanlar isə yanacağa, azı, 400-500 manat xərcləyir. İlboyu çay, xörək üçün qaz balonu almağa da xeyli pul gedir. Kənd sakinləri dəfələrlə Salyan Rayon İcra Hakimiyyəti Sevindik Hətəmova, 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat Fəzail Ağamalıya müraciət etsələr də, hələ ki, bir nəticə yoxdur. Bizcə, məsələnin məsuliyyəti əsasən “Azəriqaz”ın boynundadır... Maraqlısı odur ki, qonşu Kürsəngi kəndində, Ələt qəsəbəsində qaz var. Ən başlıcası və təəccüblüsü isə, Xıdırlıdan cəmi 5 km məsafədə qaz quyusu, qaztəmizləmə aqreqatları var, qonşu kəndlərə də qaz oradan gedir, ancaq hansı səbəbdənsə bizim kəndə verilmir... ” 

Oeyd edək ki, rayon mərkəzindən 45 km məsafədə yerləşən, 3500-ə yaxın əhalisi olan Xıdırlı kəndinin sovet dövründən bəri problemləri çox olub. Müstəqillik illərində kəndin su sistemi sıradan çıxıb. Yalnız 2013-cü ildə Xıdırlıya yeni su kəməri çəkilib. Su kəmərinin açılışında deputat Fəzail Ağamalı da iştirak edib.

Son vaxtlar Xıdırlı kəndində intihar hadisələri də tez-tez baş verir. Yalnız 2018-ci ilin 6 ayı ərzində kənddə 3 intihar olayı baş verib.

Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ilin sentyabrında Salyan rayonunun Xıdırlı kəndində səfər edərək dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub. Həmin kompleks 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb

Ümid edirik ki, müvafiq hökumət qurumları Xıdırlı kəndinin problemləri ilə daha yaxından maraqlanacaq və bu kənd də tezliklə mavi yanacaqla təmin olunacaq.

Məsələni ətraflı araşdırmağa çalışacağıq.
 

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər