{category-title}

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

 

Azərbaycan xalqı tarixən mərd, qeyrətli, işgüzarlığı sevən, doğma torpağına sıx bağlı olan və Vətənin hər qarışını göz bəbəyi kimi qorumağı bacaran mərd övladları ilə həmişə qürur duymuşdur. Xalqımız öz şanlı tarixinin hər dönəmində başucalığı gətirən, ləyaqətli əməlləri ilə cəmiyyətin dərin rəğbətini qazanan neçə-neçə dəyərli sima yetişdirmişdir. Bu ənənə bu gün də yaşayır və gələcəkdə də yaşayacaqdır. Çünki xalqımızın malik olduğu yüksək insani keyfiyyətlər, zəngin mənəvi-əxlaqi dəyərlər məhz belə ləyaqətli övladların simasında öz əksini tapır. Xarakterində sədaqəti, səxavəti, alicənablığı və Vətən qarşısında fədakarlığı birləşdirən insanlar cəmiyyətdə əsl mayak rolunu oynayırlar. Onlar öz şəxsi keyfiyyətləri, peşəkarlıqları və cəmiyyətdə tutduqları mövqe ilə seçilirlər. Belə nəcib insanlar gördüklü işlərlə sevilir, təmsil etdikləri el-obaya, doğma torpağa isə sonsuz şərəf və qürur gətirirlər. Haqqında bəhs etdiyimiz, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri və yüksək vətənpərvərlik ruhu ilə seçilən belə dəyərli vətən övladlarından biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilovdur.

Hər bir insanın həyat yolu onun cəmiyyətə verdiyi töhfələrlə, gördüyü xeyirxah işlərlə ölçülür. Rafiq Ədilovun keçdiyi ömür yolu da məhz zəhmətkeşliyə, dürüstlüyə, insanlara təmənnasız xidmətə və dərin peşəkarlığa əsaslanır. O, illər boyu fəaliyyət göstərdiyi sahələrdə hər zaman nizam-intizamı, işə olan məsuliyyətli yanaşması və prinsipiallığı ilə seçilmişdir. Onun xarakterindəki sadəlik, təvazökarlıq və eyni zamanda tələbkarlıq onu həm iş yoldaşları, həm də ümumilikdə təmasda olduğu hər kəs arasında hörmətli edib. Rafiq Ədilov üçün vəzifə sadəcə icra olunan bir funksiya deyil, xalqa, dövlətə və cəmiyyətə vicdanla xidmət etmək üçün mühüm bir missiyadır. O, hər bir tapşırığın öhdəsindən layiqincə gəlməyi, dövlətin etimadını doğrultmağı özünün ali borcu hesab edir.

Müasir dövrdə ölkəmizdə həyata keçirilən strateji islahatlar içərisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii sərvətlərdən səmərəli istifadə olunması mühüm yer tutur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı işlər görülür. Rafiq Ədilov rəhbərlik etdiyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində dövlətin bu siyasətini yüksək səviyyədə həyata keçirir, bölgədə ekoloji qanunvericiliyin tələblərinin qorunmasına, yaşıllıq zolaqlarının artırılmasına və mühafizəsinə xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər təbiətimizin zənginliyinin qorunmasına və gələcək nəsillərə təmiz ətraf mühit ötürülməsinə xidmət edir. O, təbiətə qarşı həssas münasibəti ilə də seçilir. Rafiq Ədilov əmin edir ki, hər bir ağac, hər bir bulaq və hər qarış torpaq bizim milli sərvətimizdir və ona sahib çıxmaq hər bir vətəndaşın müqəddəs borcudur. Onun bu istiqamətdəki maarifləndirici yanaşması və əməli fəaliyyəti bölgədə ekoloji mədəniyyətin inkişafına əhəmiyyətli töhfələr verir.

Liderlik keyfiyyətləri təkcə inzibati idarəçiliklə məhdudlaşmır; o, həm də insanları arxınca aparmağı, onlara örnək olmağı və sağlam iş mühiti yaratmağı tələb edir. Rafiq Ədilov idarəçilik fəaliyyətində qarşılıqlı hörmətə, sağlam psixoloji mühitə və əməkdaşların peşəkar inkişafına üstünlük verir. Kollektiv üzvləri onu hər zaman ədalətli, qayğıkeş, işçilərin problem və təkliflərinə həssaslıqla yanaşan rəhbər kimi xarakterizə edirlər. O, hər bir işçinin potensialını qiymətləndirməyi bacarır, onlara dəstək olur və bununla da idarədə yüksək iş səmərəliliyi təmin edilir. Belə rəhbər-kollektiv münasibətləri uğurlu nəticələrin əldə olunmasında əsas amillərdən biridir.

Xalqımız hər zaman zəhmətkeş, elinə-obasına, dövlətinə sədaqətlə xidmət edən oğul və qızlarını sevib, onların adını uca tutub. Rafiq Ədilov kimi öz ömrünü xalqın rifahına, təbiətin qorunmasına və dövlətçiliyin möhkəmlənməsinə həsr edən insanlar cəmiyyətdə dərin izlər buraxırlar. Onun həyat yolu gənc nəsil üçün əsl vətənpərvərlik və zəhmətkeşlik məktəbidir. Gənclərimiz öyrənməlidirlər ki, həqiqi uğur və xalq məhəbbəti yalnız dürüst zəhmət, Vətənə sədaqət və xeyirxah əməllər vasitəsilə qazanılır. Rafiq Ədilovun timsalında biz məhz belə ləyaqətli, bütöv və prinsiplərinə sadiq vətən övladını görürük. İnanırıq ki, Rafiq Ədilov bundan sonra da öz zəngin təcrübəsi, yorulmaz fəaliyyəti və yüksək insani keyfiyyətləri ilə doğma Azərbaycanımızın inkişafına, təbiətinin qorunmasına öz töhfələrini verməyə davam edəcək, ömür yollarında hər zaman xeyirxahlıq və ləyaqət izləri buraxacaqdır.

Son xəbərlər

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Bütün xəbərlər