{category-title}

Gündəm / Cəmiyyət
14.10.2026, 11:32
Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

Azərbaycanda 2030-cu ilə qədər qabaqcıl müəssisələrin rəqəmsal "yaşıl transformasiya" üzrə fərdi yol xəritələrinin hazırlanması nəzərdə tutulur.
Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.
Onun sözlərinə görə, rəqabət qabiliyyətinin daha bir mühüm tərəfi müəssisələrin texnoloji hazırlığıdır: "4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icra etdiyi proqram çərçivəsində bu il 18 yerli müəssisə üçün transformasiya yol xəritəsi hazırlanıb. 2030-cu ilə qədər dövlət maliyyələşməsi hesabına qabaqcıl müəssisələrin rəqəmsal hazırlığının qiymətləndirilməsi, rəqəmsal "yaşıl transformasiya" üzrə fərdi yol xəritələrinin hazırlanması nəzərdə tutulur. Texnologiyaya qoyulan sərmayə isə kadr hazırlığı ilə tamamlanmalıdır".
