{category-title}

Gündəm / Dünya
14.10.2026, 10:31
Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Rumıniya-Ukrayna sərhədi yaxınlığında üç pilotsuz uçuş aparatına (PUA) görə Rumıniya iki "F-16" qırıcısını və "IAR-330 Socat" helikopterini havaya qaldırıb.
Rumıniyanın "Digi24" telekanalı ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinad edən məlumat yayıb.
"Oktyabrın 14-ü səhər saatlarında Milli Müdafiə Nazirliyinin radiolokasiya müşahidə sistemi Ukrayna ərazisindəki Vılkove kəndi yaxınlığında, Rumıniya ilə sərhədin bilavasitə yaxınlığında hərəkət edən hava hədəflərini qeydə alıb. Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki "F-16" qırıcısı və "IAR-330 Socat" helikopteri havaya qaldırılıb", - məlumatda bildirilib.
