{category-title}

Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı - Bəyanat

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda deyilir:

"1992-ci ilin 8 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində strateji baxımdan ən əhəmiyyətli yerlərdən biri olmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, Şuşa rayonunun 24 mindən artıq əhalisi məcburən köçkünə çevrilərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Özünün unikal şəhərsalması ilə seçilən Şuşada 17 məhəllə var idi: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər bir məhəllədə hamam, məscid, bulaq var idi.

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq Sağlamlıq Məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Şuşanın işğalından 28 il keçir. Biz ümidimizi itirmirik və inanırıq ki, hökmən Şuşaya geri dönəcəyik və dağıdılmış şəhərimizi bərpa edəcəyik.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox, o cümlədən Şuşa rayonunun 30 mindən çox olan azərbaycanlı icması adından dünya birliyini Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu gün də davam etdirilən təcavüz hərəkətlərinə son qoymasını və işğala obyektiv hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırırıq.

Bəyan edirik ki, Ermənistan – Azərbaycan münaqişənin ədalətli həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür. Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində birgə sülh şəraitində yaşamağa hazırıq. Yalnız bu halda regionda davamlı və ədalətli sülh təmin oluna bilər".

 

Son xəbərlər

Almaniyanın xarici işlər naziri Ermənistana gedib

Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır

Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Mərdəkanda yataqxanada yanğın olub

Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq

Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib

Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması təklif edilib

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Bütün xəbərlər