{category-title}

Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO

 

Vətəndaş Əliyev Təyyar Vəli oğlu Azinforum.az saytına açıqlamasında Mərkəzi Klinik Xəstəxanada onların ailəsinin başına açılan oyundan danışıb. Şikayətçinin sözlərinə görə, bu yaxınlarda dünyasını dəyişən həyat yoldaşı Əliyeva Rəfiqə Əyyub qızının ömrünün son günlərində sözügedən xəstəxananın həkimləri bilə-bilə onların ailəsini ağır maddi vəziyyətə salıblar: “Həyat yoldaşım onkoloji xəstəydi. Uzun müddətiydi ki, onu müalicə etdirirdik. Nəyimiz vardı satıb onun müalicəsinə sərf etmişdik. Qəfildən vəziyyəti pisləşdi. Mərkəzi Klinik Xəsətəxananın “Onkologiya” şöbəsinə müraciət etdik. Bizə dedilər ki, xəstənin sağalması üçün mütləq “ximiya” deyilən bir dərman var, onu vurmalıyıq. Onların dediyi dərmanı burda tapa bilmədik, axırda Moskvadan gətizdirdik. Həmin dərman bizə 5 min 500 manata başa gəldi. Onu vurandan sonra, xəstənin vəziyyəti daha da ağırlaşdı. Sonra həyat yoldaşımı “Reanimasiya”ya yerləşdirdilər. 15 günə yaxın orda saxlamağın müqabilində məndən 20 min manata yaxın pul aldılar. İki gündən bir depozit yazırdılar, mən gedib ödəyirdim. Maraqlanandan deyirdilər ki, həmin pullar müalicə və xəstənin yeməyi üçün ödənilir. Maraqlıdır, “Reanimasiya”da olan xəstə nə yeyir ki, ona bu qədər məsrəf hesablanır? Artıq borc almağa da adam qalmadığı üçün, xəsətəxana rəhbərliyinə etirazımı bildirdim. Xeyiri olmadı bütün pulları qəpiyinə kimi mənə ödətdirdilər. Sizə məndən zorla, çıxılmaz vəziyyətdə alınan pulların çeklərini də təqdim edirəm. Əminəm ki, həkimlər xəstənin sağalmayacağını bilirdilər. Belə olan halda, onların xəstəni təkidlə orda saxlamaqda məqsədləri bizdən pul qoparmaq olub. Elə buraxaydılar xəstə gəlib evində canını tapırardı da. Bir sözlə, hazırda mən nəticəsiz olaraq Mərkəzi Klinik Xəstəxanaya ödədiyim pulların girovuna çevrilmişəm. Həm həyat yoldaşım dünyasını dəyişib, həm də mən külli miqdarda borc içindəyəm. Xəstəxananın həkimləri bilə-bilə bizi bu duruma saldılar. Səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirəm ki, bu məsələnin araşdırılmasını öz nəzarətinə götürsün və məndən zorla alınan pullar geri qaytarılmasına kömək etsin. Şikayətim nəticə verməyəcəyi təqdirdə, daha yuxarı instansiyalara müraciət etməli olacam”.(Azinforum.az)

Mövzu ilə bağlı Mərkəzi Klinik Xəstəxanadan mövqe öyrənə bilmədik. Onların və Səhiyyə Nazirliyinin də fikirlərini dinləməyə hazırıq.
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO
Mərkəzi Klinik Xəstəxana bir ailəni necə rəzil edib?- 15 günə 25 min pul alıblar, sonda xəstə ölüb – FOTO

Son xəbərlər

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Bütün xəbərlər