{category-title}

"''TBC Kredit'' evimi əlimdən alır..." - GİLEY

 

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küç, dalan 2, ev 35-də yaşayan İkram İslam oğlu Eyvazov "TBC Kredit” MMC və yerli məhkəmədən şikayətçidir.

İkram Eyvazov deyir ki, Abşeron Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli, iş N-2(012)-5201/2016 saylı və Abşeron Rayon İcra Şöbəsinin 18.12.2018-ci il tarixli, 17/75-81186 nömrəli sifariş məktubunun əsassız və qanunsuz olması barədə prezident İlham Əliyevə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib.

"Qərarı vermədiər ki, apelyasiya şikayəti verək”

Nəticənin olmadığını deyən Abşeron sakini yenidən ölkə başçısına üz tutub:

""TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dən 14 aprel 2015-ci ildə BAKU-21821-11212/2 saylı kredit müqaviləsinə əsasən evimin təmiri üçün 25000 dollar kredit götürmüşəm. Bankdan götürdüyüm 25000 dollar pulun bir hissəsini - 2000 dollarını qaytarmışam. Qalıq əsas borc 23000 dollar olmalı idi. Həm işsiz və xəstəliyimlə bağlı, həm 2-ci devalvasiya, həm də 2 uşaq öhdəmdə olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim. Nəticədə bank məni aradan 1 il 2 ay keçdikdən sonra məhkəməyə verdi".

"Söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb hissə-hissə banka ödəyəcəyəm. "TBC Kredit” bank olmayan kredit təşkilatı MMC- bu öhdəliyə razılıq vermədi və dərhal Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Biz cəmi bir dəfə məhkəmədə iştirak etdik. Sonradan məhkəmə 2016-cı ilin sentyabrında yekunlaşsa da, nəticədən xəbərimiz olmadı. Dəfələrlə yerli məhkəməyə gedib qətnaməni istəsək də, göndərəcəklərini bildirdilər. Amma göndərmədilər ki, apelyasiya şikayəti verək. Məhkəmə burada hüquqlarımızı kobud surətdə pozdu", - o deyir.

"Dedim ki, evi satıb pulu ödəyərəm”

Eyvazov deyir ki, 2017-ci ilin əvvəlindən məhkəmə qətnaməsi icra vərəqilə birgə Abşeron Rayon İcra Şöbəsinə göndərilib: "Abşeron Rayon İcra Şöbəsinin məmuru sonuncu dəfə 5-6 ay əvvəl məni çağırıb ödəniş etməyi tapşırdı. Mən də borc-xərc yığıb 2000 manat ödədim. Onlara dedim ki, indi işsizəm. Nəzərdə tutdum ki, yaşadığım evi satıb borcu ödəyim, sonra da kirayədə qalım. Əvvəl razılaşdılar. Bu ayın əvvəlində mənə bildiriş gəldi ki, ipotekaya qoyulmuş fərdi yaşayış eviniz hərracın təşkilatçısı olan "Hidayətoğlu Şirkətlər Qrupu” MMC tərəfindən təşkil olunacaq hərracda 27 fevral 2019-cu il, saat 11:00-da satılacaq. Hərracda 3,57 sot həyət və onun üzərindəki 163.5 kv m ümumi, 95 kv m. yaşayışı 69 kv.m yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evimiz 22 950 ABŞ dollar qiymətləndirilməklə açıq hərraca çıxarılıb. Hərracın tez-bazar təşkil edilməsində maraqlı tərəf, əlbəttə ki, "TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dir".

Hələlik həracın necə keçməsi barədə məlumat yoxdur.

"Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edirlər”

O bildirib ki, "TBC Kredit” MMC-nin məqsədi evi ucuz qiymətə satmaqla onun əlindən almağa çalışır: "Hərracda 60 min ABŞ dollar olan evimə aşağı qiymət qoyub satışa çıxarmaqda da məqsədləri bu yolla azca ödəniş edib əmlakı öz nümayəndələrinin adına almaq və sonra baha qiymətə satmaqdır. Axı mən borcun ödənilməsindən heç vaxt imtina etməmişəm. Əvvəl də ödəniş etmişəm. İcraata veriləndə də 2000 manat ödəniş etdim ki, evimi özüm satıb, borcu tam bağlayım. Görünür, qarşı tərəfə bu variant sərf etmədiyinə görə İcra Şöbəsi məmuru ilə gizli sövdələşərək ailəmin yaşadığı olan – qalan bir evimizi " su qiyməti”nə ələ keçirmək istəyirlər. Bu, ədalətsiz yanaşmadır. Belə olan halda yenə də üstümə yazılmış və şişirdilmiş rəqəmlər olan 8000 ABŞ dollar borum qalacaq. O zaman nəyi satıb ödəyəcəyəm? Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edən "TBC Kredit” MMC son ümid yerim olan yaşayış evimi əlimdən almaq istəyir".
"''TBC Kredit'' evimi əlimdən alır..." - GİLEY

"Qanuna görə vətəndaşın mülkü əlindən alına bilməz”

Səhhətinin ağır olduğunu deyən İkram Eyvazov işdən də çxarıldığını deyir: "2018-ci ilin dekabr ayınadək "Xaliq Faiqoğlu” MMC-nin 114 saylı marşrut avtobusunda sürücü işləmişəm. Ürək-damar xəstəliyimə görə işdən kənarlaşdırdılar. Ona görə istəyirdim ki, evimi satıb borcumu ödəyim. Amma imkan vermirlər. Axı qanunvericilikdə qəti qadağan olunur ki, vətəndaşın son və yeganə yaşayış evi girov qoyulsa belə, girov predmeti borcun ödənilməsi üçün satıla və əlindən alına bilməz. Qanunsuzluğun baş alıb getdiyi indiki məqamda dövlət başçısına müraciət etməkdən başqa çarəm qalmayıb".

Vətəndaşın problemi ilə bağlı "TBC Kredit” MMC-yə sorğu göndərsək də, məsələyə münasibət bildirmədilər.

Fevralın 28-də Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı Fərman imzalayıb.

İkram Eyvazov bu fərmanın ona da şamil edilib-edilməyəcəyini bilmir. 

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər