{category-title}

Dünya çempionu Beynəlxalq dərəcəli Hakim , Prezident Mükafatçısı, Güloğlan Cabbarov

“Güvənli idman arenası-AZƏRBAYCAN”

Azərbaycan bayrağının yüksəklərdə dalğalanması hər bir azərbaycanlının müqəddəs borcudur. Kimisi bunu bacarığı, kimisi istedadı, kimisi isə fiziki gücü ilə edir. İdman arenalarında Azərbaycan himninin səslənməsi, bayrağımızın dalğalanması kimi qürur verici ikinci bir hissi tanımıram. İdman Azərbaycanda prioritet sahələrdən biridir. Məhz ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonar bu sahəyə maraq daha da artdı. Cənab Prezident İlham Əliyevin o zamanlar Milli Olimpia Komitəsinə rəhbərlik etməsi, beynəlxalq yarışlarda idmançılarımıza göstərdiyi diqqətin göstəricisidir ki, bu bir sıra idman arenalarında müstəqil Azərbaycanın üç rəngli bayrağı dalğalandı. Və bu proses bugün də davam edir. Bu davamlılığı bünövrəsi sağlam təməllər üzərində qurulduğundan bundan sonar da idmançılarımızın uğurları qaçılmazdır.

Təsadüfi deyil ki, idman tarixi uğurlarla dolu olan ölkəmiz artıq dünyada idman ölkəsi kimi tanınır. Dünya idman arenasında öz layiqli yerini tutan Azərbaycan bir çox beynəlxalq yarışların ev sahibliyi edib. Ölkəmizdə keçirilən bu yarışlar artıq bir növ adət halını alıb. Bəşəriyyəti birləşdirən əsas dəyərlərdən biri kimi idman sağlam düşüncəli gələcək nəslin formalaşmasında mühüm rol oynayan amildir. Hər il müxtəlif formatlarda və fərqli növlərdə çoxlu sayda beynəlxalq idman tədbiri keçirilir. Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yüksək nailiyyətlərinin növbəti təntənəsinə çevriləcəyi heç kimdə şübhə doğurmur. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi birinci Avropa Oyunlarında olduğu kimi, yenə də öz vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gəldi.

Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

Bu yöndə görülən işlərdə Gənclər və Idman Nazirliyinin də rolu az deyil. Cənab nazir Azad Rəhimovun başçılığı altında tapşırıqların öhdəsindən layiqincə gələn Gənclər və İdman Nazirliyi həm idmançıların həm də ölkə vətəndaşlarının qəlbində dərin rəğbət qazanıb.

Sonda 5 mart Bədən Tərbiyyəsi və İdman günü münasibəti ilə bütün idmançıları və ölkə ictimayyətini səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirəm.


Dünya çempionu Beynəlxalq dərəcəli Hakim , Prezident Mükafatçısı, Güloğlan Cabbarov
Dünya çempionu Beynəlxalq dərəcəli Hakim , Prezident Mükafatçısı, Güloğlan Cabbarov
Dünya çempionu Beynəlxalq dərəcəli Hakim , Prezident Mükafatçısı, Güloğlan Cabbarov

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər