{category-title}

Bakının bu ərazilərində tramvay xətti çəkiləcək - AÇIQLAMA

 

Bakıda tramvay xəttinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.

Redaktor.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyi xarici şirkətlə bu barədə araşdırma aparır: "Hazırda beynəlxalq təşkilatlarla bu istiqamətdə işləyirik. Artıq Lökbatan qəsəbəsi ilə Hövsan qəsəbəsini Neftçilər prospekti üzərindən tramvay xətti ilə birləşdirmək müzakirə mövzusudur. Çünki burda, həmçinin Ağ şəhərdən tramvay keçməsi mümkündür. Dənizkənarı Milli Parkın birinci sırası sakinlərin, əsasən, az istifadə etdiyi yerdir, sakinlər, əsasən, dəniz kənarında gəzməyə üstünlük verir, buna görə də həmin ərazidən xəttin çəkilməsi mümkündür. Əgər həmin təşkilatlar bizə müsbət cavab versə, biz, ümumiyyətlə, Neftçilər prospektində ictimai nəqliyyatı yığışdıracağıq".

V.Kərimli bildirib ki, xəttin çəkilməsi zamanı bir sıra şərtlər nəzərə alınmalıdır: "Bu prosesdə bəzi meyarlar var ki, biz onları da müqayisə etməliyik. Avropada tramvaylar bu gün, əsasən, köhnə şəhər mərkəzlərində qalıb. Həmin mərkəzlərdə tikinti əmsalı və yaşayış 3,4 və 5 mərtəbəli köhnə evlərdir. Bu da normal olaraq oranın kütləsini qaldıra bilir".

Son xəbərlər

Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Bakıda və rayonlarda sabah külək güclənəcək

Prezident İlham Əliyev Trampa təşəkkür edib

İstanbulda tramvayla avtobus toqquşub

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb

Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib

Bütün xəbərlər