{category-title}

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığı prinsipinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Bu barədə Mətbuat Şurasının bəyanatında qeyd edilib.

Bildirilib ki, son günlər bəzi media subyektlərinin və jurnalistlərin ictimai məzmunlu hadisələri işıqlandırarkən peşə etikası prinsiplərindən kənaraçıxma halları müşahidə olunur:

"Xüsusilə, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad etmədən məlumatların yayılması, tələsik və səthi təqdimatlarla ictimaiyyətə çatdırılması media fəaliyyətinin məsuliyyət və peşəkarlıq meyarları ilə bağlı ciddi suallar doğurur. Belə hallar cəmiyyətin informasiyaya etimadını sarsıdır, jurnalistikanın ənənəvi missiyasına və nüfuzuna zərbə vurur. Medianın cəmiyyəti çevik formada məlumatlandırması təqdirəlayiqdir, lakin operativlik faktların dəqiqliyi, məlumatların yoxlanılması, hadisələrin mahiyyətinin obyektiv təqdimatı və peşə etikası prinsipləri hesabına təmin edilməməlidir".

Vurğulanıb ki, ictimai əhəmiyyət daşımayan şəxslərin həyatına aid məlumatların, foto və video görüntülərin onların hüquq və mənafeləri nəzərə alınmadan yayılması etik standartlarla uzlaşmır:

"Son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələr narahatlıq doğurur. İnformasiyanın təqdimatı zamanı şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət göstərilməsi, eləcə də fərdi məlumatların qorunması əsas etik tələblərdəndir. Bu cür halların jurnalistikanın ictimai nüfuzuna ciddi zərbə vurduğu yaddan çıxmamalıdır. Azərbaycan Mətbuat Şurası hesab edir ki, media subyektləri və jurnalistlər bu məsələlərə ciddi yanaşmalı, fəaliyyətlərində ictimai məsuliyyət, peşəkarlıq və etimad amillərini əsas götürməlidirlər. Jurnalistika ictimai əhəmiyyətli informasiyanın cəmiyyətə çatdırılması missiyasını sensasiya, reytinq və diqqət cəlb etmək naminə qurban verməməli, informasiya təqdimatında etik həssaslıq və məsuliyyət nümayiş etdirməlidir".

Şura media subyektlərinin təmsilçilərini, jurnalistləri, habelə müstəqil jurnalist fəaliyyəti həyata keçirən bütün şəxsləri "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na ciddi əməl etməyə çağırıb:

"Bildirir ki, hadisə və proseslərə həssas, vicdanlı və peşəkar yanaşma jurnalistikanın cəmiyyət qarşısındakı missiyasının, media etimadının və nüfuzunun əsas şərtidir".

Son xəbərlər

Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Bakıda və rayonlarda sabah külək güclənəcək

Prezident İlham Əliyev Trampa təşəkkür edib

İstanbulda tramvayla avtobus toqquşub

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb

Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib

Bütün xəbərlər