{category-title}

Bazarda dözülməz şərait: ucuz mallar bahalı dərmanlara çevrilir

 

Bazarda dözülməz şərait: ucuz mallar bahalı dərmanlara çevrilir

“Palçıqlı şəraitdə satılan balıqlar və göyərtilər çox təhlükəlidir”.

Bunu Lent.az -a açıqlamasında terapevt Ramil Həsənli bildirib.

Son günlərdəki yağmurlu hava şəraitindən sonra bazarlarda antisanitariya halları baş alıb gedir. Redaksiyamıza müraciət edən oxucularımızın bildirdiyinə görə, demək olar ki, əksər məhsullar palçığın üzərinə qoyulub satılır. İradlar əsasən belədir:

“Alverçilərin çoxu piştaxtaya görə ayrıca pul vermirlər. Buna görə də limonu, göyərtini, ən çox da balıqları yerə qoyub satırlar. Yerdə palçıq”.

Bu mövzu ilə əlaqədar danışan terapevtin sözlərinə sörə, bu qaydada satılan məhsulların insan sağlamlığına ciddi şəkildə mənfi təsir etdiyini deyir:

“Xüsusən də, ət və ət məhsulları, göyərtilər və ya ağartı məhsulları antisanitar vəziyyətdə satılırsa, bu, birbaşa həmin məhsulların keyfiyyətinə təsir göstərir. Təbii ki, bu şəraitdə satılan məhsullardan bir çox xəstəliyə tutulmaq və ya zəhərlənmək mümkündür. Bundan başqa, palçıqda çirkli şəraitdə satılan göyərtilərin üzərində toplanan bir çox bakteriyalar insan orqanizminə keçir və orqanizmdə müxtəlif fəsadlara gətirib çıxarır”.

Həkimin sözlərinə görə, həmin bazarlarda satılan balıq məhsulları da insanlarda zəhərlənməyə səbəb olur:

“Palçıqdan, tozdan və ya çirkli sudan balığın qəlsəmələrinə yapışan mikroblar insan sağlamlığına mənfi təsir edə bilər. Saxlanıldığı sudan da balığın bədəninə zəhərli maddələr sorula bilər ki, bu da insanlarda balıq yedikləri zaman zəhərlənməyə səbəb olur. Ona görə də bu məhsulları alanda təzə olması ilə yanaşı, harada, hansı şəraitdə satılmasına da diqqət etmək lazımdır. Antisanitar şəraitdə satılan ucuz məhsullardansa, təmiz məhsullara üstünlük verməyə çalışmalıyıq. Qiymət baxımından bazar malları ucuz olsa da, sonra onların yaratdığı xəstəliklərə xeyli pul xərclənir. Buna gör də sağlamlıq baxımından böyük marketlərdə satılan məhsullar daha etibarlıdır”.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər