{category-title}

Qida zəhərlənməsi qan qusmağa səbəb olmur - Tələbələrlə bağlı MÜƏMMA

 

Bakı Dövlət Universitetinin 2№-li yataqxanasındakı ölümlə nəticələnmiş zəhərlənmə hadisəsi ətrafında yeni müzakirələr açılıb. Modern.az-ın məlumatına görə, müzakirələr zəhərlənmiş qızların ağızlarından qan gəlməsi ilə bağlıdır.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin hadisə ilə bağlı 21 noyabr tarixində yaydığı ilkin məlumatda deyilir:

“Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub. Həkimlər Mətbuat küç.-36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir”.

Qeyd edək ki, hadisə nəticəsində Bakı Dövlət Universietinin Fizika fakultəsinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb.

Tələbələr - 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi)  Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar hazırda Toksikologiya şöbəsində müalicə alırlar və həyati təhlükələri yoxdur.

Baş Prokurorluğun məlumatına görə, polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, tələbələrin istifadə etdikləri qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib. Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Bəzi müstəqil həkimlər və bir sıra mütəxəssislər deyirlər ki, qida zəhərlənməsi qan qusmaya səbəb olmur.

Buna görə də onlar hadisənin detallarının diqqətli araşdırılmasını vacib sayırlar.

Bəzi ekspertlər deyirlər ki, zəhərlənmə zamanı qan qusma ancaq qəbul edilən qidanın tərkibində kimyəvi maddə ola bilsə, baş verə bilər..


Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maksudov da “Bizimyol.info”ya bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin:

“O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”.

Sosial şəbəkələrdə Dövlət Təhlükəsizlik Xidmətinin də məsələni diqqətə almasının vacibliyi önə çəkənlər bildiriblər ki, tələbələri zəhərləyən hansı qidadırsa, mütləq onun ölkəyə gətirən firma-şirkət ciddi tədqiq edilməlidir.

Hələlik tələbə qızların konkret olaraq hansı qidadan zəhərləndiyi rəsmən açıqlanmayıb. Onların hadisədən öncəki zamanda konservləşdirilmiş məhsullar (ət və süd məhsulları), turşu xiyar, suşi balığı, qızardılmış kartof yediyi, arıqlama çayı içdiyi kimi iddialar var.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər