{category-title}

İşiniz yoxdursa, bu sistemə müraciət edə bilərsiniz - YENİLİK

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan və bir neçə gün əvvəl əhalinin istifadəsinə verilən “Məşğulluq” altsistemində (MAS) 280 minə yaxın işsiz vətəndaş qeydiyyatdan keçib.

Bu barədə Lent.az -a nazirliyin nəzdindəki dövlət məşğulluq xidmətinin şöbə müdiri İsa Həsənov məlumat verib.

İ.Həsənov qeyd edib ki, bu rəqəm daxilində əvvəlki illərdən də müraciət edən, kağız üzərində qeydiyyatda olan vətəndaşlar da var, onların keçidi də orda təmin olunur.

O bildirib ki, işəgötürənlər mütamadi olaraq vakant iş yerləri ilə bağlı məlumatları da sistemə daxil edir: “Vakansiya bankı tam formalaşmasa da, ilin sonuna kimi daha dolğun olacaq. Hazırda işəgötürənlər də bu yeni sistemlə bağlı məlumatlandırılır. Əmək müqavilələrinin bildiriş sistemi ilə “Məşğulluq” altsistem inteqrasiya olunacaq və həmin sistem vasitəsilə prosesə nəzarət olunacaq. Müəssisələr üçün ştat cədvəlləri yaradılacaq. Sistem vasitəsilə ştat cədvəlinə uyğun boş yer yarandıqca, yaxud işdən çıxanlar sayəsində vakansiya olarsa, 5 iş günü müddətində həmin iş yeri boş iş yeri kimi qəbul olunacaq və işaxtaranlar həmin boş yerə iddia edə biləcəklər”.

İ.Həsənovun sözlərinə görə, işsiz şəxs kimi qeydiyyata alındıqdan sonra işaxtaranlarla bağlı fərdi qiymətləndirmə aparılır: “İş axtaran şəxsin əmək bazarında rəqabətlilik qabiliyyəti ola bilər. Yüksək tələblərə cavab verə bilən, orta səviyyəli, rəqabət qabiliyyətsiz işçi qüvvəsi də var: “İşaxtaranlar üçün münasib işdən əlavə olaraq, onların peşə hazırlığına, özünəməşğulluq proqramına cəlb olunması, əmək haqqlarının maliyyələşdirilməsi və s. tədbirlər də həyata keçiriləcək ki, insanlar işlə təmin olunsun. Sistem yeni olduğu üçün hər hansı boşluqlar ola bilər. Həmin boşlqular üzərində iş aparılır”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, vətəndaşın neçə müddətə iş tapması onun ixtisası, peşəsi və bacarıqlarından asılıdır: “Ola bilsin ki, işaxtaran müraciət etdiyi gün iş tapsın. Eləsi var daha uzun müddətə iş tapa bilər. Onu da deyim ki, işəgötürən qarşısında təqdim etdiyi bir vəzifəyə yalnız beş nəfər işsiz vətəndaşın müraciətini qəbul etməsi ilə bağlı məhdudiyyət qoyulub. İşəgötürən şəxsi işə götürmədiyi halda, səbəbləri ilə bağlı əsaslı qeydlər təqdim etməlidir”.

Qeyd edək ki, MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malikdir. Sistem işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.

İşsiz və işaxtaranlar “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.

Son xəbərlər

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq

Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib

Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması təklif edilib

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib

Həbs edilən direktorun yerinə yeni təyinat oldu

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

“Röya telefonu üzümə bağladı”

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

Bütün xəbərlər