{category-title}

"Avtomobil Nəqliyyatı haqqında" qanunda dəyişiklik

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il avqust ayının 28-də "Avtomobil Nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair tarixi fərman imzalayıb. 
Bu barədə Sonxeber.az -a Dövlət Avtomobil Nəqliyyat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il 27 noyabr tarixində imzalanan müvafiq Qanun ilə Azərbaycan Respublikası "Avropa Nəqliyyat Nazirləri Konfransı haqqında Protokol"a qoşulub. Azərbaycanın da həqiqi üzv oduğu Beynəlxalq Nəqliyyat Forumunun hazırda 57 üzvü var. BNF-nin üzvü olmaq Azərbaycan daşıyıcılarının müəyyən edilmiş sayda BNF-nin təsis etdiyi çoxtərəfli "İcazə"lərlə təmin olunması deməkdir. Bu "İcazə"lərlə Azərbaycan daşıyıcıları üzv dövlətlərin ərazisinə/ərazisindən ikitərəfli daşımalar, tranzit keçid və 3-cü ölkədən/ölkəyə daşımaları heç bir maneə ilə rastlaşmadan həyata keçirə bilirlər. 
Beynəlxalq Nəqliyyat Forumu üzv ölkələrinin daşıyıcılarına onların ərazilərində beynəlxalq avtomobil daşımalarının effektiv və səmərəli həyata keçirilməsi üçün müxtəlif tədbirlər və layihələr hazırlayaraq təsdiq edir. 
Bu qəbildən olan növbəti layihə 2015-ci ilin may ayının 26-da BNF-nin Almaniyada keçirilən nəqliyyat nazirlərinin Sammitində üzv ölkələrin beynəlxalq nəqliyyat daşımalarına vahid tələblərin tətbiq edilməsini nəzərdə tutan Keyfiyyət Xartiyasıdır. 
Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 157 nömrəli Qərarı ilə "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram" təsdiq edilib. 
Keyfiyyət Xartiyasının tələblərinə görə BNF-nin üzv ölkələrində beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət edilməsi, nəqliyyat müəssisələrinin sürücülərinin və məsul mütəxəssislərinin bilik səviyyəsinin və peşə hazırlığının yüksəldilməsi, hüquqi və fiziki şəxslərin, onların məsul mütəxəssislərinin beynəlxalq daşımalara buraxılması qaydalarının təkmilləşdirilməsi, sürücülərin ixtisasının artırılması üzrə nümunəvi peşəkar tədris proqramının və əlavə tədris proqramının təsdiq edilməsi, avtomobil daşıylcılarına peşəkarlıq Şəhadətnamələrinin verilməsi üçün ixtisas imtahanın keçirilməsi Qaydaları üzrə hüquqi normativ aktlar təsdiq olunmalıdır. 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərə uyğun Azərbaycan Respublikasının hüquqi normativ aktlarında dəyişikliklərin edilməsi barədə layihələr hazırlanmış və aidiyyəti üzrə təsdiq olunması üçün təqdim edilib və adı çəkilən aktlar qəbul olunub. 
Yeni qəbul olunmuş sənədlərə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətini həyata keçirən operatorların işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlarının və fəaliyyəti faktiki icra edən sürücülərin zəruri hazırlıq və yenidən hazırlıq keçmələri və nəticədə əldə edəcəkləri müvafiq təsdiqedici sənədin Keyfiyyət Xartiyasının tələblərinə uyğunlaşdırılması barədə göstəriş verilib. 
Qeyd olunanlardan əlavə Azərbaycan avtodaşıyıcılarının mənafelərinin qorunması, rəqabətlilik qabiliyyətlərinin artırılması, Azərbaycan avtonəqliyyat xidmətləri bazarında xarici nəqliyyat vasitələrinin xüsusi çəkilərinin kvotadan artıq olmasına yol verilməməsi üçün kvota-icazə sisteminin təkmilləşdirilməsi üzrə qanunvericilikdə dəyişikliklərin edilməsi barədə bir sıra layihələr tərəfimizdən işlənilib və təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilib. 
Bununla əlaqədar təqdim edilmiş layihələrin təsdiq edilməsi sahibkarlığın inkişafına, daşıycıların maddi vəziyyətlərinin artırılmasına, yeni nəqliyyat vasitələrinin alınmasına stimul yaradacaq. 
Hazırda beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 2000 ədədə yaxındır. Hədəfimiz bu sayı 10000 ədədə çatdırmaqdır. Bu isə görüləcək tədbirlər nəticəsində 30000 yeni iş yerinin yaranmasına səbəb olacaq. 
Eyni zamanda bildiririk ki, 2019-cu ilin 14-15 oktyabr tarixlərində Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşəbbüsü ilə Bakı şəhərində keçiriləcək. İclasda BNF-nin üzv ölkələrindən 100-ə yaxın nümayəndə iştirak edəcək. Gündəlikdə qoyulan məsələlər Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə yerinə yetirilməsinin vəziyyəti və beynəlxalq avtomobil daşımalarını daha da inkişaf etdirilməsi üçün layihələrin hazırlanmasına və müzakirə edilməsinə həsr olunacaqdır. Beynəlxalq Nəqliyyat Forumunun və üzv ölkələrin avtomobil sahəsindəki qurumlarının rəhbərlərinin Bakı şəhərində toplanması əlamətdar hadisədir və ölkəmizin Avropa və Asiya arasındakı dəhlizdə iri logistika mərkəzinə çevrilməsinin əyani sübutudur.

Son xəbərlər

Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Bakıda və rayonlarda sabah külək güclənəcək

Prezident İlham Əliyev Trampa təşəkkür edib

İstanbulda tramvayla avtobus toqquşub

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb

Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb

Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib

Bütün xəbərlər