{category-title}

"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı

 Xəbər verdiyimiz kimi Məhərrəmlik ayı sentyabrın 1-i daxil olur. Məhərrəm ayının 10-cu günü, yəni Aşura isə sentyabrın 10-na təsadüf edəcək. Bu ayın əməlləri və hadisələri, İmam Hüseynin şəhidlik zirvəsi hər bizimizə məlumdur. Məhərrəmlik mərasimləri İmam Hüseynin şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri adətən məscidlərdə, ibadət ocaqlarında təşkil olunur.

Məhərrəmlik ayının müstəhəb əməllərini müasir günümüzlə əlaqələndirsək ən çox insanlar nələrə daha çox əməl etməlidirlər?

Bununla bağlı Sonxeber.az-a açıqlama verən İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, məhərrəmlik ayında müstəhəb əməllər savab işlərlə yadda qalır.Yaşlı adamlar, ehtiyacı olan insanların yanında olmaq, sosial paylaşma, ölənlərimizi ziyarət etmək önəmli əməllərdəndir. Ümumiyyətlə məhərrəmlik sözünün mənası haram ay deməkdir. Bu ayda savaşların, müharibələrin haram olduğu qeyd olunur. Məhərrəmlik ayı hünər, şücaət və qeyrət məktəbidir. Məhz İmam Hüseynin bu məktəbindən bəhrələnmişik. Mən hər zaman demişəm ki, Qarabağın azadlığı Kərbəladan keçir. Yəni Kərbəlada İmam Hüseyn öz şücaət və kişiliyini ortaya qoydu. Haqq və ədalət yolunda 72 nəfərin 30 min qoşunun qarşısında dayanması böyük bir güc və Allaha olan bağlılığın bariz nümunəsi idi".

Bundan əlavə Hacı Surxay Məmmədli vurğulayıb ki, zəncir rəmz mənasını daşıyır: Yəni zəncirvurmanın mənası zülmdən azad olmaqdır. Təbii ki, dünya dəyişir. Dünyada inteqrasiyalar gedir və 14 əsr bundan əvvəl olan hadisəni təkrar etmək düzgün olmaz".

Hacı Surxay Məmmədli zəncirvurmanın müasir dönəmimizdə qavermə aksiyası ilə əvəzləndiyini söyləyərək bunun əsasən sovet dönəmində baş verdiyini, bu gün isə bu əməlin heç bir halda bəyənilmədiyini və qəbul olunmadığını vurğulayıb:" Qeyd edək ki, artıq 10 ilə yaxındır ki, Qafqaz Musəlmənaları İdarəsinin verdiyi fətva nəticəsində bu hallar qanvermə aksiyaları ilə əvəzlənib. Hətta əcnəbilər də 4 ildir ki, qanvermə aksiyalarında iştirak edir. Bu da təbii ki, tolerant mühitdən və İmam Hüseynin məktəbinə olan maraqdan irəli gəlir".

Həmçinin Hacı Surxay Məmmədli qeyd edib ki, o biri illərdə bir məsciddə 500 adam qan verirdisə, keçən il bu rəqəm 4000-ə qədər yüksəlib: "Bu gün dünya məntiq üzərində qurulub. Etiraz etməkdənsə bir yerə yığılıb İmam Hüseynin fədai məktəbini anlatmaq lazımdır. Uşaqların məscidə gəlməsində heç bir yaş məhdudiyyəti yoxdur. Keçən il Aşura məktəb zamanına düşdüyünə görə xüsusi bir fətvada uşqların məsciddə gəlməsi məqsədəuyğun olmadığı vurğulandı. Çünki, uşaqlar təhsildən uzaqlaşırlar. Bu il Aşura məktəb vaxtına düşmədiyi üçün valideynlərin uşaqlarını məscidə gətirməməsinə heç bir səbəb yoxdur. Əgər uşaq gəlib orda baş yarmağı görmürsə, sivil şəkildə maarifləndirilirsə nə xoş bizə ki, vətənpərvərliyi məhz Aşura günündə təbliğ edirik".

Son xəbərlər

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb

Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur

Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Bütün xəbərlər