{category-title}

Burada təhsildən başqa hər nə desən var... - İTTİHAM

 İki il əvvəl Nazirlər Kabinetinin orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması məqsədilə verdiyi qərara əsasən, bu müəssisələrdə təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir neçə kollec bir-birinə, o cümlədən, Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirildi. Bu proses bəzi assosiasiyalarla, eləcə də ixtisar olunan kadrların etirazı ilə müşayiət olundu. Amma nə dəyişsə də, əvvəllər Bakı Sosial Pedaqoji Kollecinə, sonradan isə birləşmiş müəssisəyə — Bakı Humanitar Kollecinə rəhbərlik edən Vaqif Əmiraslanovun korrupsiyaya əsaslanan iş metodu dəyişmədi ki, dəyişmədi. Bu günlərdə Bakı Humanitar Kollecinin qiyabi şöbəsində təhsil alan I kurs tələbələrindən birinin valideyni redaksiyamıza müraciət edərək bu təhsil müəssisəsində tüğyan edən rüşvətxorluqdan gileylənmişdir. Övladının adının açıqlanmasını hələlik istəməyən valideyn Təranə xanım bildirir ki, qızı imtahana hazırlaşsa da, qiyabi şöbənin müdiri Günel müəllimə ilə kollecin tədris işləri üzrə direktor müavini Nərgiz Mustafayeva birləşərək, ondan rüşvət tələb edir, «gözümçıxdıya salırlar». Valideynin sözlərinə görə, adları çəkilən müəllimlər həmin tələbin direktor Vaqif Əmiraslanovdan gəldiyini, yaxşı oxuyub-oxumamasından, imtahana necə hazırlaşmasından asılı olmayaraq, bütün tələbələr qarşısında qoyulduğunu bildiriblər. Ölkə ictimaiyyətinə bəllidir ki, Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanov akademik, millət vəkili Əhliman Əmiraslanovun qardaşıdır. Vaqif müəllim indiyə kimi görkəmli alimin himayəsindən geninə-boluna istifadə edib. Amma görünür, qardaşının nüfuzunu xərcləyib tükədən Vaqif Əmiraslanov daha Böyük Dayağa ehtiyac duyub. Təsadüf onu çox axtarmağa qoymayıb. Etibarlı mənbədən aldığımız məlumata görə, kollecin əsas korpusunu ölkənin ikinci hakim ailəsi sayılan Paşayevlərə məxsus bir şirkət alıb. Korpusun binası dövlətə məxsus olsa da, Vaqif Əmiraslanov «cınqırını çıxartmadığına» görə Paşayevlərin qarşısında bir növ siyasi devident qazanıb və məhrəm məclislərdə bununla öyünməkdən də utanmır. Onun bu mübhəm sükutu tələbələri didərgin salıb və gənclər «İdrak» liseyinin köhnə binasına sığınmağa, birtəhər uyğunlaşmağa məcbur olublar. Təsəvvür edin, liseyin-şagirdlərin bəyənmədiyi binaya kollec-tələbələr yerləşdiriliblər. Bu, tənəzzül deyilmi? Ardından süqutun gəlişini istəmiriksə, təcili və təxirəsalınmaz tədbir görmək — Vaqif Əmiraslanovla vidalaşmaq lazımdır \\deryaz.az\\

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Bütün xəbərlər