{category-title}

“Pulunu ver mənə, özün itil cəhənnəmə” - GİLEY

 

 

““Pulunu ver mənə, özün itil cəhənnəmə” prinsiplə işləyənlər barədə dəfələrlə iqtisadiyyat naziri Şahin Mustafayevə rəsmi müraciətlər etsəm də heç bir nəticə yoxdur”

“Yeni Sabah” xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, bildirib ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə sakini Əfəndiyeva Xuraman Qədir qızı ona ərizə ilə müraciət edib. O, bildirib ki, 05.06.2019-cu il tarixində Baku Elektroniks MMC-nin Əhmədli Samsunq mağazasına kondensioner almaq üçün müraciət edib. Müraciətində söyləyib ki, 80 kv sahəni əhatə edən kondensiner istəyir və bunun cavabında Tacəddin adlı satıcı ona AİR COND PANASPNİC CS-BE50TKE-19 tipli kondensioneri təklif edərək söyləyib ki, bu kondensioner 65-70 kv sahəni soyudur.

“Satıcının söylədiklərinə inanaraq dəyəri 1999 AZN olan kondensioneri kreditlə almağa müqavilə bağladım. Mənə müqaviləni yox, yalnız müqaviləyə əlavə olan 1 səhifəni verdilər. Sonra bildiyimə görə 75 AZN dəyərində VİP zəmanət sertifikatı da veriblər, yəni ödəmə cədvəlinə əlavə ediblər.

15.06.2019-cu il tarixində kondensioner mənzildə mağazanın Məhəmməd adlı işçisi tərəfindən qoşulan zaman soruşdum ki, bu kondensioner mənzilin sahəsini soyudacaq. O da məni inandırdı, lakin elektrik xəttinə birləşdirilməmişdir. Mən gördum ki, eyni sahəli mənzilə qoşulan qonşunun kondensioneri böyükdur və kondensionerin pasportunda hansı sahəni ahətə etdiyini axtardım və tapmadığıma görə internetə baxdım.

Mənə təklif edilən AİR COND PANASPNİC CS-BE50TKE-19 tipli kondensionerin Ukrayna, Moskva və Baku Elektroniks MMC-nin saytında 50 kv sahəni soyutduğu göstərilmişdi.

16.06.2019-cu il tarixində mağazaya müraciət etdim və bu kondensionerin 65-70 kv sahə üçün olmadığının yazıldığını söylədim, bunun qarşısında mənə internet səhv yazır biz sizə düzgün vermişik dedilər və cox mübahisələr oldu.

Sonda mənə bu məsələ ilə əlaqədar Baku Elektroaniks MMC-nin rəhbərliyinə ərizə ilə müraciət etmək təklif edidi. Mən 16.06.2019-cu il tarixində ərizə yazdım və kondensionerin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini xahiş etdim. Lakin bu günə kimi heç bir xəbər yoxdur.

Xahiş edirəm istehlakcı hüquüumu qoruyasınız, şəbəkəyə qoşulmamış kondensioner təlabatımı ödəyən kondensionerlə dəyişdirilsin və ya müqavilə ləğv olunsun, bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verilsin”.(“Yeni Sabah”)

E. Hüseynov qeyd edib ki, Azərbaycanda "Kontakt Home"nin təcrübəsi başqalarına da sürətlə yayılmaqdadır.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər