{category-title}

“Kontakt Home”dən növbəti fırıldaq: - Defekt mal satışda...

 Azad İstehlakçılar İçtimai Birliyinə (AİİB) “Kontakt Home” ilə bağlı növbəti şikayət daxil olub. 

Cebhe.info xəbər verir ki, bu barədə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O, deyib ki, Nəsimi rayonu, “20 Yanvar” küçəsi, bina 31 ünvanında yaşayan İsgəndərova Güllər Vəli qızı ərizə ilə Birliyə müraciət edib: 

“25.03.2019-cu ildə “Kontakt Home”, Nəsimi rayonu, C.Məmmədquluzadə 120 A ünvanında yerləşən mağazasından kreditlə dəyəri 410 AZN olan “6.5” “Claassic SegWay holder” (“SW 30818) aparatı alıb. Amma onunla kredit müqaviləsi bağlanmayıb. Yalnız ödəniş cədvəli və zəmanət talonu verilib. İlkin olaraq 56 AZN ödəyib. Sonra aparatı evə aparıb. 28.03.2019-cu il tarixində aparatı qutusundan çıxarıb, övladına ad günü hədiyyəsi kimi təqdim edib. Aparatı çıxardarkən kitabçasında onun istifadə qaydası üçün Azərbaycan dilində heç bir şey yazılmadığını görüb. Əgər mal Azərbaycan Respublikasına gəlirsə, onun həm də Azərbaycan dilində istifadə qaydasının təlimatı olmalıdı. Aparat evdə 1,5 saatdan sonra ortasında qırmızı işıq yanıb-sönməyə başlayıb. Vətəndaş aparatın enerji ehtiyatının bitdiyini düşünüb və onu elektrik mənbəyinə qoşub. Bir sözlə aparat işləməyib. Mağazanın əlaqə nömrəsinə zəng edib və vətəndaşa bildirib ki, onlarlıq heç nə yoxdur, servisə göndərsin. Vətəndaş nə qədər bildirsə ki, aparatı onlardan alıb, nəticəsi olmayıb. 29.03.2019-cu il tarixində aparatı aldığı ünvana geri aparıb. Xahiş edib ki, qusurlu mal dəyişilsin. Amma tələbi yerinə yetirilməyib”.

Eyyub Hüseynov bildirib ki, şikayətçi xanım aldığı malı Yasamal rayonu, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Link Servis” ə aparıb və yalnız servisin verdiyi rəy əsasında qərar qəbul edilməlidir. Beləliklə 01.04.2019-cu il tarixində malı servisə təqdim etsə də, mal hələ də oradadı. 10 gün sonra isə alıcıya cavab gəlib ki, güya aparata su düşdyü üçün platası yanıb:

“Şikayətçi xanım aparata su düşmədiyini, öz defekti olduğunu desə də, ona məhəl qoyulmayıb. Üstəlik ondan 150 AZN-də təmir üçün pul istənilib. Bu tərəfdən də aylıq ödəniş tələb olunur. Malın 1.5 saat ərzində əgər “plata”sı yanırsa, bu müştəri tərəfindən edilən səbəb ola bilməz, hələ üstəlik bir neçə bəhanə də gətiriblər. Gah deyiblər aparatın içinə su düşüb, gah da deyirlər yamaya düşüb”. 

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər