{category-title}

 

 

                             

ƏN TƏHLÜKƏLİ XƏSTƏLİK

 

               

 

 

Xərçəng—dəhşətli xəstəlikdir. Ancaq insanlar arasında bir-başa keçicilik xüsusiyyəti dashımır. Demək ki, epidemiya təhlükəsi yoxdur. Belə çıxır ki, xərçəng ən təhlükəli xəstəlik deyil.

QİÇS— 20-ci əsrin xəstəliyi hesab edilir. Müalicəsi hələki yoxdur. Yoluxdunsa son. Ancaq yoluxmamaq üçün müəyyən yollar var. Bu xəstəlik də yaxın gələcəkdə epidemiya kimi gözlənilmir və belə çıxır ki, QİÇS də ən təhlükəli xəstəlik deyil.

Çox fikirləşəndən sonra əmin olmaq olarki, ən təhlükəli xəstəlik “millətçilikdir”, daha dəqiq desək “nasizm”. Niyə?

            Birincisi, çünki nasizmi xəstəlik hesab etmirlər.

            İkincisi, bu xəstəliyin daşıyıcısı mikroblar və viruslar deyil, fikirlərdir hansıki, heçbir mikroskop altında onu görmək, heçbir antibiotiklə məhv etmək mümkün deyil.

Üçüncüsü isə bu xəstəlik bütün xəstəliklərdən ən yolxucu olanidir. Eyni zamanda onun dashıyıcılarını cəmiyyətdən kənarlashdırmaq mümkün olmur, əksinə kütlə qarşısında, tribunalarda, televizor və radioda çıxış etməyə icazə verilir və nəticədə tək-tək deyil, kütləvi şəkildə, yüzlərlə, minlərlə insan bu xəstəliyə yoluxmağa bashlayır. El buna görə de “nasizm” xəstəliyi tezliklə epidemiya halına və daha sonra isə pandemiya halına çevrilir. Bunun qarşısının alınması isə çox müşkül məsələyə çevrilir.

Propaqanda xarakterli məqalələrdə, kitablarda və filmlərdə Z.Balayan, S.Kaputikyan, S.Xanzadyan, E.Bonner-Alixanyan, P.Zeytunyan və s., bu kimi erməni ideoloqlarının çıxışları artıq açıq formada ilk öncə Qafqaz və daha sonra digər bölgələrdə geniş şəkildə, epidemiya xarakterli yayılmağa başladı. (daha əvvəllər bu kimi fikirlər Adolf Hitler və Benito Mussolininin fikirlərindən də öncə erməni klassiklərinin əsərlərində xüsusi yer almışdır) Bu epidemiyanin episentri isə— Yerevandir.

…Və bütün hərşeyin başlanğıcı isə Yerevanın Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları idi.

Tanınmış İsrail publisisti, dəfələrlə Bakıda və Yerevanda olmuş və bilavasitə bütün bu problemləri araşdırmış Robert David yazir: ”Ermənilər Azərbaycana qaşhı Troya atı rolunu oynamışdır”            [Советская Россия 16.05.1991]

“Millətçilik” başqa bütün yolxucu xəstəliklər kimi epidemiya halını almamışdan öncə etapla yayılır və əvvəlcə gizli şəkildə insanlara yoluxmağa başlayır. Zəif ağla, zəif şüura malik olan və asanlıqla təsir altına düşə bilən insanlara bu xəstəlik daha kəskin formada yoluxa bilər. Məsələn, terrorizm formasında.

Bu xəstəliyin simptomları insanları vəhşi şəkildə, qan hərisliyi ilə öldürmək və yalnızca yaxın adamlardan başqa hətta dostlarını belə öldürməkdən ibarətdir. Ən qorxulusu isə odur ki, ”xəstə-nasist” təəssüf hissi ilə deyil, əksinə həzz alaraq öldürür, sanki öz müqəddəs borcunu yerinə yetirirmiş kimi. Bunu təsəvvür etmek bir o qədər də çətin deyil, məsələn 1918-1921-ci illərdə nasist-daşnaklar Azərbaycan xalqına qarşı bu cür vəhşilikləri çox törətmişlər və ya İkinci Dünya müharibəsində Hitler-nasistləri milyonlarla insanı qətlə yetirmiş, minlərlə şəhəri yerlə-yeksan etmişdir.

1989-cu ildə Ermənistanda baş vermiş zəlzələdən sonra fransız xilasediciləri dağıntıların arasından hər iki tərəfi qaynaqlanmış böyük dəmir boru tapdılar və onu kəsdikdə dəhşətə gəlmişdilər, Belə ki, onlar həmin dəmir borunun içərisində azərbaycanlı uşaqların meyitlərini görmüşdülər. Bu, erməni faşizminin növbəti pilləsi idi….və beləcə 1992-ci ildə fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda erməniler tərəfindən törədilmiş qətliam bütün bu hadisələrin ‘’pik’’ nöqtəsi oldu. Çünki, baş verən bütün bu hadisələrə şahidlik edən dünya ilk dəfə idi ki, belə bir vəhşiliklə qarşılaşırdı. Bu hadisə nasist-ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırım idi.

Beləliklə, bu xəstəlik hələ də yayılmaqdadır və təəssüf ki, hələ də qarşısı tam olaraq alınmır. Lakin Azərbaycan əzmkardır və bu kimi xəstəliklərin daha da yayılmaması üçün illərdir mübarizə aparır.

…və nəhayət Azərbaycan illərdir davam eden bu xəstəliyi tezliklə ya tam sağaldmalı, ya da ki, kökünü birdəfəlik kəsməlidir.

 

Tural Hüseynli

04 iyun 2019

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər