{category-title}

Azərbaycanda təmassız ödəniş kartlarının sayı və elektron ticarətin həcmi 2 dəfə artıb

 

“Keçən illə müqayisədə bank sektorunun rəqəmsallaşmasında növbəti uğurlar əldə edilib”.

ONA-nın məlumatına görə, bunu bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov “Maliyyə və Texnologiyalar Sammiti”ndə (Fintex) bildirib.

İ. Alışov deyib ki, hər bir bankın rəqəmsal transformasiyası üzrə ayrıca bir model müəyyənləşdirilib, hər bir banka individual yanaşılıb: “Keçən illə müqayisə etdikdə, həm elektron ödənişlərin həcmində, həm də bankların rəqəmsallaşmasında müsbət dinamikanı görürük. Artıq Azərbaycanda fəaliyyət göstərən 30 bankın 27-də internet bankçılıq, 25-də Mobil bankçılıq xidmətləri təşkil edir. Cari ilin birinci rübündə açılmış hesablar üzrə aparılan əməliyyatlar təxminən 31% elektron bankçılıq xidmətləri vasitəsi ilə həyata keçirilib.  Bu, keçən ilin müvafiq dövründə 22 faizin üzərində idi. Bu artım bizi sevindirir”.

İ. Alışov qeyd edib ki, hazırda ölkədə 6,8 mln. ədəd kartlar var: “Bu ilin birinci rübündə 700 72 min ədəd təmassız ödəniş kartı dövriyyəyə buraxılıb. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Digər tərəfdən, hazırda elektron ticarət sürətlə həyatımıza daxil olur. Elektron ticarətin statistikasına baxsaq, 2019-cu ilin birinci rübündə aparılan əməliyyatlar keçən ilin müvafiq dövrünü 2 dəfə üstələyir. Bu, mütləq ifadədə, təxminən bu ilin birinci rübündə təxminən 573 mln., keçən ilin birinci rübündə 266 milyon manat olub”.

Son xəbərlər

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bütün xəbərlər