{category-title}

BNA-nın işi ancaq cərimə kəsməkdirmi? - Qurum çarəsizliyini etiraf etməlidir...

 

Paytaxtın bir çox ərazilərində günün istənilən vaxtı tıxac yaşanır. Buna səbəb isə ərazidə yolların taksi və avtobus sürücüləri tərəfindən tutulmasıdır. "Gənclik Mall", "Azərsu" ASC-nin qarşısı və Şərifzadə küçəsində yerləşən ASAN xidmətin qarşısı günün bütün saatlarında tıxac olur.

Səbəb isə elə vətəndaşların özüdür. Sürücülər adları çəkilən ərazilərdə avtomobillərini 2-3-cü cərgədə belə saxlamaqdan çəkinmirlər və nəticədə böyük tıxacların yaranmasına səbəb olurlar. Onlar sadəcə "xəbərdarlıq işıqları"nı yandırmaqla işlərini bitmiş hesab edirlər.

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma və ya durma qaydaları pozulmaqla küçə və yollarda tıxac yaratmış və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmuş nəqliyyat vasitələrini cərimə edir. Ancaq dəyişən heç nə yoxdur.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə "20 Yanvar" dairəsi ətrafı, "Azərsu" ASC yaxınlığında olan tıxac uzun illərin həll edilə bilməyən problemidir. Bu ərazidə problemin aradan qaldırılması üçün milyonlar xərclənsə də, arada heç nə yoxdur: “Şərifzadə küçəsindəki ASAN xidmətin qarşısında həqiqətən vəziyyət acınacaqlıdır. Qurumun binasından irəlidə və ya bir qədər aralı avtomobil saxlamaq mümkündür. Amma bizim insanlarda bir xarakter var ki, hara gedirlərsə, avtomobili mütləq obyektin qarşısında saxlamalıdırlar. Fikrimcə, hər hansı bir obyekt tikiləndə və ya icarəyə götürüləndə parklanma yerləri mütləq şəkildə nəzərə alınmalıdır".

E. Muradlı əlavə edib ki, "Gənclik Moll" ətrafında da vəziyyət qeyd etdiyimiz kimidir. Problemi isə əsasən taksi sürücüləri yaradır.

"Ancaq onları da qınamaq olmaz. Çünki BNA taksilər üçün duracaqlar ayrılacağını qeyd etsə də, hələlik küçələrdə taksilərin saxlanılması üçün ərazilər ayrılmayıb. Bu məsələ həll edilmədiyi üçün sürücüləri də günahlandırmaq olmaz" – deyə ekspert əlavə edir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qeyd edilən yerdə mütəmadi olaraq BNA əməkdaşları tərəfindən nəzarət tədbirləri həyata keçirilir:

"Xüsusi olaraq qeyd edim ki, “20 Yanvar” ərazisində nəzarət tədbirləri olan zaman dayanma və durma qaydalarının pozulması hallarına da az rast gəlinir və yolda hərəkət də normallaşır. Lakin əməkdaşlar ərazidən uzaqlaşan kimi yenidən qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar və digər nəqliyyat vasitələrinin sürücüləri avtobus dayanacaq məntəqəsinə daxil olurlar. Nəticədə xoşagəlməz mənzərə yaşanır".
M. Ağayev əlavə edib ki, artıq Nərimanov ərazisində Fətəli Xan Xoyski küçəsində, yəni "Gənclik Mall"ın qarşısında intellektual nəzarət kameraları quraşdırılıb.

"İntellektual nəzarət kameralarının artırılması planlaşdırılır. “20 Yanvar” dairəsi ətrafında, Şərifzadə küçəsində və Gənclik metrosu yaxınlığında nəzarət kameraları quraşdırılacaq" – deyə Mais Ağayev əlavə edib.(Dia.az)

Son xəbərlər

Sabah respublika üzrə pensiyalar tam ödəniləcək

Hacıqabulda zəlzələ olub

Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub

Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib

Əmtəə bazarlarında qızlın ucuzlaşması davam edir

Vəkil Orxan Kəngərli polis tərəfindən saxlanılaraq həbs olunub

Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib

İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN

Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL

Almaniyanın xarici işlər naziri Ermənistana gedib

Ermənistan gələn il hərbi büdcəni 1,71 milyard dollara çatdırmağı planlaşdırır

Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Mərdəkanda yataqxanada yanğın olub

Azərbaycan Gürcüstanla enerji əməkdaşlığını müzakirə edib

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

Bütün xəbərlər