{category-title}

İrəvan çətin durumda: ciddi təhdidlər yaranıb - TƏHLİL

 Ermənistan kimi kiçik iqtisadiyyatı olan bir ölkənin külli miqdarda borclanması ölkə iqtisadiyyatı üçün ciddi təhdidlər yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Ermənistanın xarici borclarının artması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan iqtisadi modelində potensial olaraq bu borcların geri qaytarılması imkanları yoxdur:

“Yeganə imkan başqa yerlərə baş vurub, borc alaraq borcların qaytarılmasıdır. Bundan əlavə, bu il Ermənistanda 3 il əvvəl buraxılan 3 milyarda dollara yaxın avrobondların da qaytarılmasının vaxtı çatır. Çox güman ki, onlar yenidən dövlət zəmanəti ilə qiymətli kağızlar buraxaraq, oradan qazandıqları pulu digər borclara yönəldəcəklər. Bu da borc yükünün daha da artmasına, borclara gələn faizlərin yüklənməsinə səbəb olacaq. Hazırda Ermənistan iqtisadiyyatı üçün kifayət qədər riskli situasiya yaranıb.

Böyük ehtimalla ya Avropa Birliyi ölkələrindən kömək istəyəcəklər, ya da əvvəlki qaydada Rusiya ilə müəyyən danışıqların nəticəsində maliyyə yardımı almağa çalışacaqlar. Ermənistan iqtisadiyyatı öz-özlüyündə bu yükü qaldırmaq gücündə deyil”.

Ekspert bildirib ki, xarici borcların həcminin artması gələcəkdə Paşinyan hökumətinin mövqeyini zəiflədə bilər:

“Hələlik Ermənistanda seçkilərdən çox az bir müdət keçib. Ermənistan cəmiyyətində “inqilab” eyforiyası bitdikdən sonra real problemlər artdıqca bu problemlər əhalinin cibinə, yaşayış tərzinə təsir etdikcə Paşinyanın bu gün çox yüksək olan nüfuzu getdikcə azalmağa başlayacaq. Məsələn, yanvarın 1-dən Ermənistanda qiymət artımı sürətlənib. Hazırda həm dövlət tərəfindən tənzimlənən qiymətlərdə, həm də ərzaq məhsullarından tutmuş geyimə qədər inflyasiyanın sürətlənməsini görürük.

Əslində, Ermənistanın indiki hökuməti israr edir ki, demokratik seçkilər yolu ilə hökuməti dəyişmək mümkündür. Son seçkiləri də buna misal göstərirlər. Əgər belə bir böhran yaransa, Paşinyan hökuməti xalqın inamını yoxlamaq üçün və ya gələcək inqilabların, çevrilişlərin qarşısını almaq üçün növbədənkənar parlament seçkilərinə gedə bilər. Bu məsələdə xarici təsirlərin, əsasən də Rusiyanın rolu ola bilər. Ermənistanın yeni hökuməti getdikcə Rusiyanın maraqlarına zidd addımlar atsa, Rusiyanın bu ölkə daxilində kifayət qədər rıçaqları var ki, onları mobilizə edərək Paşinyan hökumətinə qarşı yeni bir xalq hərəkatı yarada bilər. Paşinyan hökuməti də tez-tez bəyan edir ki, belə bir şey baş versə, yenidən seçkilərə gedərək güvəni təzələmək istəyəcək. Gələcəkdə Ermənistanda çox qarışıq və maraqlı proseslərin olması ehtimalı var. İqtisadi çətinliklər çoxaldıqca bu qarışıqlığın da artması gözlənilir”.

Qeyd edək ki, Ermənistan hökuməti daxili borclanmasını aktiv şəkildə artırmağa başlayıb. Hazırda Ermənistanın dövlət borcu 6,934 milyard dollardır. Bundan öncə Ermənistan mətbuatı rəsmi İrəvanın il ərzində təxminən yarım milyard xarici borc almağı və dövlət borcunu 7,4 milyarda çatdırmağı planlaşdırdığı barədə məlumat yaymışdı.
 

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər