{category-title}

"Banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik" - Sahibkarlar prezidentdən kömək istəyir...

 

""Diqlas”dakı sahibkarların malı kimi, bizim də malımız "Karvan”da yanıb. Amma 6 ildir kompensasiyamızı ala bilməmişik”.
Bu barədə Xeberle.com-a Sumqayıtdakı "Karvan” Ticarət Mərkəzindəki yanğında malları məhv olan sahibkarlar Şirəli Əsgərov və Füzuli Quliyev yazıb. Sahibkarlar bildiriblər ki, 2013-cü ilin oktyabrında "Karvan” Ticarət Mərkəzində baş verən yanğın zamanı onlara ümumilikdə 225 min manat zərər dəyib. Bu zərərin miqdarı məhkəmə tərəfindən də rəsmən təsdiqlənsə də "Karvan”ın icraçı direktoru Kamil Əhədov ziyanı ödəməkdən imtina edir.

"Banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik" - Sahibkarlar prezidentdən kömək istəyir...
Sahibkarlar saytımız vasitəsiylə Prezident İlham Əliyevdən kömək istəyirlər: "Sizin vasitənizlə cənab Prezident İlham Əliyevə müraciət etmək istəyirik. Banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik, acınacaqlı vəziyyətdəyik. Sizin martın 26-da Bakının Nizami rayonu ərazisindəki "Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarınız humanist addımdır. Bu qərarınızla sübut etdiniz ki, dövlət bütün hallarda vətəndaşın yanındadır. Prezident olaraq vətəndaşların problemlərinə çox həssas yanaşırsınız, laqeyd qalmırsınız”.

Şikayətçilər istəyirlər ki, "Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlar kimi onlara da kömək edilsin:
"Bizim ailələri də sevindirin, dəyən ziyanın ödənilməsi üçün göstəriş verin cənab president. Ziyanımız məhkəmə tərəfindən də tanınıb. Miqdarı "Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarların mallarından fərqli olaraq, dəqiq müəyyən edilib. Ziyanın kimin ödəməli olması da məlumdur. Bu, "Karvan” Ticarət Mərkəzinin rəhbərliyidir. Hansı ki, bizim malların təhlükəsizliyinə cavabdeh idilər. Bununla bağlı o zaman cinayət işi də açılmışdı. Biz də Azərbaycan vətəndaşıyıq və hüquqi dövlətdə yaşadığımızdan istəyirik ki, hüquqlarımız təmin olunsun. Bizə dəyən ziyan ödənilsin. Maddi, mənəvi sıxıntı keçirən zərərçəkən vətəndaşlar kimi sizdən bu məsələni öz nəzarətinizə götürmənizi xahiş edirik”.
Xatırladaq ki, Sumqayıtda yerləşən "Karvan” Ticarət Mərkəzində 2013-cü il oktyabrın 19-da yanğın olmuşdu. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanmışdı. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanmışdı.
Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəydiyi bildirilirdi.
Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb, o, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib. 

Son xəbərlər

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər