{category-title}

Təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər təşkil olunacaq

 

Aprelin 15-də “Landmark” biznes mərkəzində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birinci baş assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid, Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və başqaları çıxış edərək assambleyanın məqsəd və hədəflərindən, regionda turizmin inkişafından söhbət açıblar.

Bildirilib ki, ölkəmizdə təcrübəli və peşəkar turizm bələdçiləri hazırlamaq üçün təlimlər keçiriləcək, bələdçilər sertifikatlarla təmin ediləcək.

Qeyd edilib ki, ötən il ölkəmizə 2 milyon 850 min əcnəbi gəlib. Turizmin inkişafı müasir çağırışlara cavab verən yeni bələdçilər nəslinin formalaşdırılmasını tələb edir. Bələdçi öz ölkəsinin tarixi və coğrafiyası, etnoqrafiyası, mədəniyyət və incəsənətini dərindən bilməlidir. Təbii ki, dil bilikləri ilə yanaşı, peşə təcrübəsindən lazımi istifadəni də bacarmalıdır.

Qeyd edilib ki, ilkin hesablamalara görə, ölkədə bələdçiliklə məşğul olan 600-ə yaxın şəxs var. Onların əksəriyyətinin bu sahədə sertifikatı olmasa da, müəyyən təlimlərdən keçiblər. Bələdçi qismində fəaliyyət göstərəcək qrupların yaradılması üçün iştirakçılar turizm sahəsində təhsil alan, işləyən və könüllü fəaliyyət göstərən xarici dil bilən tələbə və gənclər arasından seçilir.

Azərbaycan Turizm Bələdiyyəçiləri Assosiasiyasının I baş assambleyasının keçirilməsi də bu sahənin inkişafına hesablanıb. Bildirilib ki, turizm bələdçiləri üçün təlimlər təşkil olunacaq.

Son xəbərlər

Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib

Fransada minə yaxın polis etiraz aksiyalarında iştirakdan yayınmaq üçün tibbi müayinəyə müraciət edib

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Əmək məzuniyyətinin minimum müddətinin kompensasiya ilə əvəz olunması qadağan edilir

Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul edib

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

Balakənin sabiq icra başçısı İslam Rzayev və müavini, YAP Balakən təşkilatının sabiq sədrinin məhkəməsi başlayır

Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Mirzoyan NATO nümayəndəsi ilə Azərbaycanla sülh prosesini müzakirə edib

Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq

Lukaşenko Ukrayna sərhədindəki qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib

Milli Məclisdə büdcədən ədəbi nəşrlərə ayrılan vəsaitin artırılması təklif edilib

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib

Həbs edilən direktorun yerinə yeni təyinat oldu

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

“Röya telefonu üzümə bağladı”

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

Bütün xəbərlər