{category-title}

"İlham Əliyevin qələbə qazanmasının əsasında ölkənin dinamik inkişaf dövrünü yaşaması dayanır" - Əli Həsənov

 

“2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı. Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili” adlı məqaləsində yazıb.

Ə.Həsənov xatırladıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilib.

Onun sözlərinə görə, İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkənin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır: “Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verib. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib”.
 

Son xəbərlər

Dərsliklərin ictimai müzakirəsində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil - Rəsmi

Anar Bayramov Lənkəranda vətəndaşları qəbul edəcək

Ukrayna 24 saat ərzində ikinci dəfə eyni körpünü VURDU

Mehriban Əliyeva sosial media hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Dirçəliş Günüdür

Azərbaycan nümayəndə heyəti İƏT Nazirlər Şurasının 30-cu iclasında iştirak edib

Həbs edilən direktorun yerinə yeni təyinat oldu

Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq

“Röya telefonu üzümə bağladı”

Sovet dövründə tikilmiş kooperativ binaların büdcə hesabına təmiri təklif olunur

Azərbaycan millisi bu gün Andorra ilə oynayacaq

Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - Sərəncam

Sabah hava yağmursuz olacaq

Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ

Baş nazir və hökumət üzvləri Milli Məclisin iclasında iştirak edirlər

Daha bir vəkil həbs edildi - FOTO

Bakıda güclü külək 32 ağacı sındırıb

UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq

ABŞ Ukraynaya ilk dəfə belə təklif etdi: Donbasdan çıx, NATO-ya üzv ol...

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Volodimir Zelenski: Rusiya enerji atəşkəsi təklifindən imtina edib

Sabah Bakıda yağış yağacaq

Bütün xəbərlər