{category-title}

Əhmədzadənin bu ailədən xəbəri yoxdur? - Biabırçı mənzərə...

 Zaqatala Rayonu Aşaği tala kəndində zəlzələdən evi uçan ailə 2 ildir ki, çadırda yaşayır.
Bu barədə Unikal.org-a Qardaşov Amid Şeyix oğlu məlumat verib. O, bildirib ki, 2 ildir ailəsi ilə (özü, övladı, həyat yoldaşı və anası) zəlzələ nəticəsində evləri tam qəzalı vəziyyətə düşdüyündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qurduğu çadırda yaşayırlar.
Amid Qardaşov xatırladıb ki, 7 may 2012-cu il tarixində Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonundan 17 km cənub-qərbdə episentrdəki gücü 7,0 bal olmuş zəlzələ nəticəsində yaşadığı evlərində ciddi çatlar əmələ gəlib: “Evimizin bir hissəsində çatlar yarandı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evimizə gəlib baxış keçirdilər. Hətta FHN məlumat da yaydı ki, yaranmış vəziyyətin nəticələrinin qısa müddətə aradan qaldırılması məqsədi ilə eyni zamanda bölgəyə tikinti şirkətləri cəlb edilmişdir. Tikililərin vəziyyəti qiymətləndirildikcə yaxın 2-3 gün ərzində yeni evlərin tikintisinə və bərpa-gücləndirmə işlərinə başlanacaq. Biz bunun əksini gördük. Məcbur qalıb sözügedən evdə yaşadıq. 05.06.2018-ci il tarixində yerli vaxtla saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 16 km dərinlikdə 5.5 maqnitudad zəlzələ qeydə alındı. Nəticədə evimizin bir hissəsi uçdu. Evimiz bərpa olunana kimi, FHN bizi çadıra köçürdü. 2019-cu ilin fevral ayının 5-də Azərbaycanda zəlzələ oldu. Nəticədə evimiz tam uçdu”. Şikayətçi deyib ki, məsələdən rayon icra hakimiyəti xəbərdar olsa da heç bir tədbir görülmür: “Zaqatala rayon icra başçının birinci müavini Tofiq Əhmədov bizə heç bir köməklik göstərmir. Əksinə şikayətimizin qarşısını müxtəlif yollarla alırlar”.
Amid Qardaşovun ailəsi ilə yaşadığı çadırdan və uçmuş evdən görüntüləri sizlərə təqdim edirik:

Əhmədzadənin bu ailədən xəbəri yoxdur? - Biabırçı mənzərə...
Əhmədzadənin bu ailədən xəbəri yoxdur? - Biabırçı mənzərə...

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər