{category-title}

“Yeni Həyat Şirkətlər Qrupu” türk iş adamını aldadır? – 25 min manatlıq süründürməçilik

 ““Yeni Həyat Şirkətlər Qrupu” mənə 25 min manat borcunu ödəmək istəmir”.

Türkiyəli iş adamı Onur Kırmızıkarlı “Hürriyyət” qəzetinə açıqlamasında belə deyib.

İş adamının sözlərinə görə, ötən ilin dekabr ayında şirkətlər qrupuna bağlı “Asado Steak House by Lavaş” restoranında elektirikli tüstü-duman filtrləri quraşdırıb. Tərəflər arasında imzalanan müqavilədə bunun üçün restoranın iş adamının əməkdaşı olduğu “AB Clima” şirkətinə 26 min manat pul ödəməsi nəzərdə tutulub. Üzərindən bir neçə ay keçməsinə baxmayaraq, iş adamı öz əməyinin haqqını ala bilmir. Səbəb isə “Yeni Həyat Şirkətlər Qrupu”nun müxtəlif bəhanələrlə türk iş adamını get-gələ salmasıdır.

Onur Kırmızıkarlı bildirir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, “AB Clima” sözügedən restoranda quraşdırdığı avadanlığın tüstünü 100 faiz təmizləməsi öhdəliyi götürüb və bu öhdəlik tam icra olunub. Restoran sahibləri isə ondan qoxunu da 100% aradan qaldırmağı tələb edirlər. Halbuki, müasir texnologiya ilə bunu bacarmaq mümkün deyil. Manqal üstünə quraşdırılan ən modern avandanlıqlarla qoxunun yalnız 70%-ni yox etmək olar. “Asado Steak House by Lavaş”da quraşdırılan avadanlıq da bu tələblərə cavab verir. Lakin restoran sahibləri türk iş adamından mümkün olmayanı tələb etməklə faktiki hər həftə qurğunu ona müftə təmizlədir, pulunu isə vermək istəmirlər.

Şikayətçinin iddiasına görə, son 3 ayda sadəcə təmizləmə işləri belə, 2 min manatdan artıq edir. İş adamı bunu müştərisini razı salmaq üçün müftə həyata keçirsə də, ondan quraşdırılan avadanlığın da haqqını ala bilmir. “Yeni Həyat”ın süründürməçiliyi nəticəsində işçilərinin maaşlarını verməkdə çətinlik çəkən O.Kırmızıkarlı böyük çək-çevirdən sonra müştərisindən Novruz bayramı ərəfəsində yalnız 2 min manat ala bilib. Borcun 70%-dən artığının isə nə zaman ödəniləcəyi bilinmir.

Restorana “Yeni Həyat Şirkətlər Qrupu”nin rəhbəri Babək Babayevin yeznələri Akif və Babanın baxdığını deyən Onur Kırmızıkarlı, nə illah etsə də, holdinqin əsl sahibi ilə görüşə bilmir. Hər dəfə bu istəyini dilə gətirəndə ona rədd cavabı verən yeznələrin iş adamına ən son sözləri isə belə olub: “kimə istəyirsən şikayət et”.

Onur Kırmızıkarlının iddiasına görə, son mübahisələrində polisə şikayət edəcəyi tələbini gülüşlə qarşılayan Akif Baxşıyev (Babək Babayevin yeznəsi) şəxs ondan soruşub: “Bizdən bizə şikayət edəcəksən?” Türk iş adamının “Necə yəni, siz məgər dövlətsiz?” sualına isə “Bəli” deyə cavab verib.

Qeyd edək ki, bundan əvvəl də redaksiyamıza edilən şikayətlərdə də Akif Baxşıyevin adı qırmızı xətlə keçirdi. Belə ki, S.Zayıdov adlı vətəndaş əməkdaşımızla söhbətində 15 il əvvəl “Mərmər” ASC-dən Bakı şəhəri, Xətai royanu, Əhmədli yaşayış sahəsi, Zığ şosesi 5/1 ünvanında yerləşən 5 hektar ərazi aldığını, amma 10 ildən sonra Dövlət Əmlak Komitəsi tərəfindən həmin sahənin “Baxçasaray” adlı MTK-nın adına rəsmiləşdirildiyini bildirmişdi. Həmin şikayəti araşdırdığımız zaman “Baxçasaray”ın “Yeni Həyat”ın törəmə şirkəti və rəhbərinin Akif Baxşıyev adlı şəxs olduğu ortaya çıxmışdı. Araşdırmamız zamanı o da aydınlaşmışdı ki, Akif Baxşıyev “Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbəri Babək Babayevin yeznəsidir və onlar mübahisəyə girişdikləri şəxsləri Prezident ailəsi adından təhdid edirmişlər. Halbuki, həmin holdinqin sabiq Vergilər nazirinin himayəsində olduğu müəyyənləşdirilmişdi. Türk iş adamının yuxarıda qeyd edilən sözləri də “Yeni Həyat” yetkililərinin dövlət adından danışdıqlarını bir daha təsdiqlənir.

Qardaş ölkə bildiyi Azərbaycanda ögey münasibətlə üzləşən türk iş adamı kimə üz tutacağını bilmir. Ölkəmizdə işlədiyi 14 ildə ilk dəfədir, bu cür özbaşınalıqla qarşılaşan Onur Kırmızıkarlı qəzetimiz vasitəsilə iqtidar nümayəndələrindən kömək istəyir. Çünki ölkəmizdə nə məhkəmələrin ədalətli qərar çıxaracağına, nə də “Yeni Həyat”ın insafa gələcəyinə inanır.

Tamamilə çarəsiz qalan iş adamı Türkiyə səfirliyinə müraciət etməyi düşünür.
“Hürriyyət”
 

Son xəbərlər

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Bütün xəbərlər