{category-title}

Şübhə dolu “Özünüməşğulluq proqramı"... - İDDİA

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı” uzun müddətdir mətbuatda ciddi tənqidlərə məruz qalır. Bunun da səbəbi təbii ki, proqram iştirakçılarının göstərilən xidmətdən, daha doğrusu onlara verilən avadanlıq və mal-qaradan narazı olmalarıdır. Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Özünüməşğulluq proqramı”nda iştirak edənlər Dövlət Məşğulluq Xidmətinin onlara xəstə və qısır malqaranın, həmçinin yararsız avadanlıq və texnikanın verildiyini bildirirlər. Və demək olar ki, artıq bu şikayətlər kütləvi xarakter almaqdadır.

PİA.az-a Aran rayonlarında “Özünüməşğulluq proqramı”nda iştirak edən vətəndaşlardan daxil olan məlumatlarda bildirilir ki, onlara Ukraynadan gətirilən inəklər verilib ki, bu heyvanlar da yerli iqlimə uyğunlaşa bilmirlər. Şikayətçilər qeyd edirlər ki, Ukrayna cinslərini Azərbaycanda saxlayıb artırmaq üçün xüsusi imkanlar olmalı və həmin inəklər üçün “mədəni tövlələr” inşa olunmalıdır. Onların isə təbii ki, belə bir imkanlıarı yoxdur və imkanları olsaydı, o zaman heç dövlətə yardım üçün müraciət edib “Özünüməşğulluq proqramı”nda iştirak etməzdilər. Məsələ ondadır ki, bu heyvanlar həm yaşlı, həm də böyük əlsəriyyəti qısır və xəstədir. Həm də Ukrayndan gətirilmiş heyvanlar Azərbaycana gələn kimi iqlimə uyğunlaşa bilmədiklərindən xəstələnirlər. Bəzi şikayətçilər isə iddia edirlər ki, onlara ümumiyyətlə xəstə heyvanlar verilib.

Bəs nə baş verir? İşin əsli nədir? PİA.az-ın apardığı araşdırma nəticəsində bəlli olub ki, Ukrayna inəklərini Azərbaycana məhz “Özünüməşğulluq proqramı” çərçivəsində “Aznest” şirkəti gətirir. Bu şirkət məhz Dövlət Məşğulluq Xidmətinin “Özünüməşğulluq proqramı” icraya verildikdən sonra yaradılıb və Dövlət Məşğulluq Xidməti “Özünüməşğulluq proqramı” çərçivəsində bütün alqı-satqı işlərini bu şirkət vasitəsi ilə həyata keçirir. “Aznest” şirkətinin əslində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məxsus olduğu qeyd olunur. Diqqəti çəkən əsas məqamlardan biri də həmin şirkət seçilən zaman müsabiqənin elan edilməməsi və şəffaflıq prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Ukraynadakı mənbələrdən aldığımız məlumatda isə bildirilir ki, “Aznest” şirkətinin nümayəndələri Ukraynadakı həmyerlillərimiz vasitəsi ilə bu ölkdəki xəstə, qoca, qısır və süd verməyən inəkləri təqribən 100 dollar civarında satın alaraq Azərbaycana gətirirlər. Yəni 10 min dollara təqribən 100 inək alır, daha sonra isə həmin inəyin birini təqribən 800-1000 manat sənədləşdirirlər. Yəni Sahil Babayev faktiki olaraq “Aznest” şirkəti vasitəsi ilə “qaz vurub qazan doldurur”. Ancaq bu “qaz vurub qazan doldurma” əməliyyatında imkansız adamlar yenidən ziyana düşür.

Ən əsası ölkə prezidentinin apardığı sosial-iqtisadi islahatların üzərinə gölgə düşür.

Bu işin ən pis tərəfi isə odur ki, müəyyən məmurların korrupsiya əməlləri prezidentə olan inamın sarsılmasına yönəlib. (PİA.az)

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq. 

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər