{category-title}

“Bir “SU-30” yüzlərcə kilometr uzaqlıqdan minlərlə əsgərin edə biləcəyini edir”

Niyə məhz “SU-30”? – Düşmənin müdafiə naziri sirləri açdı

 


Ermənistanın müdafiə naziri David Tonoyan erməni mediasına açıqlamasında jurnalistləri maraqlandıran bəzi sualları cavablandırıb. Düşmən nazirin çıxışında diqqət çəkən məqamlardan biri də onun “SU-30”larla bağlı səsləndirdiyi fikirlər olub.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, düşmənin müdafiə naziri Ermənistan üçün olduqca bahalı hesab edilən “SU 30” təyyarələrinin alınmasının səbəbini izah edib. D.Tonoyan bildirib ki, bu təyyarələri Ermənistan üçün maraqlı edən onların üstün texniki-döyüş  imkanlarıdır. D.Tonoyan bildirib ki, “SU-30”lar müharibə olacağı təqdirdə erməni əsgərlərinin həyatını qorumaqla yanaşı, uğurlu hücum əməliyyatına da imkan verəcək:

“Mənim üçün hər bir əsgərimizin həyatı dəyərlidir. Əgər iki pilot, “SU-30”la yüzlərcə kilometr uzaqlıqdan minlərlə əsgərin edəcəyini edə bilirsə, bu təyyarənin bahalığından bəhs etməyə nə ehtiyac var?”

Məlumat üçün qeyd edək ki, İrəvanın Rusiyadan “SU-30” təyyarələri alması Ermənistanda birmənalı qarşılanmayıb. Bəzi siyasilər hesab edir ki, xalqın acınacaqlı vəziyyətdə yaşadığı bir şəraitdə Ermənistanın bu cür bahalı təyyarələr alması məntiqli deyil.

Azərbaycanın hərbi mütəxəssisləri isə hesab edir ki, Ermənistanın ölkəmizdən bütün sahələrdə olduğu kimi hərbi sahədə də geriliyi həddindən artıq böyükdür və dümənin “SU-30”la silahlanması heç nəyi dəyişməyəcək. Bundan başqa, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının peşəkarlığı, habelə onların sərəncamındakı müasir hərbi texnika yalnız “SU-30”ları deyil, istənilən təyyarə və uçan obyekti məhv etməyə imkan verir.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər