{category-title}

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir


Xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) ölkəmizdə səfərdə olan baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə təhsil, elm, mədəniyyət və mədəni irsin qorunması sahələrində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqi istiqamətində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb.

ISESCO regional ofisinin Bakıda yerləşməsinin Azərbaycanın ICESCO çərçivəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq ictimaiyyətin diqqətini qlobal çağırışlara yönəltmək, dialoq və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın zəngin mədəni və dini irsinin qorunması, işğaldan azad edilmiş ərazilərdə mədəni və dini abidələrin bərpası istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verilib. ICESCO-nun işğaldan azad edilmiş ərazilərə həyata keçirdiyi missiyanın, habelə Şuşa şəhərinin 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsinin tarixi əhəmiyyəti xatırlanıb.

Nazir Ceyhun Bayramov həmçinin 2027-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının Sammitinə və bu çərçivədə keçiriləcək tədbirlərə hazırlıq məsələləri, ölkəmizin İƏT sədrliyinin prioritetləri barədə qarşı tərəfə məlumat verib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib və ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Sabah Azərbaycanda hava yağışlı olacaq

MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi vuruşdu

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub

Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Sabah International Hospital Türkiyənin Imperial Hospital şəbəkəsi ilə əməkdaşlığa başladı

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Bütün xəbərlər