{category-title}

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb.

Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəviadına məktəbin xalqlarımız arasında səmimi dostluğun və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib. O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldıldığını və bunu böyük Qırğız yazıçısının xatirəsinə diqqətvə ehtiram kimi yüksək qiymətləndirdiklərini deyib.

Həmçinin, türkdövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinəhəmiyyətini də vurğulayıblar. Bu platformalarda hər zaman qarşılıqlı dəstəyin hiss olunduğu qeyd edilib və ölkələrimizin gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərinə əminlik ifadə olunub.



Son xəbərlər

Leyla Əliyeva Türkmənistanda səfərdədir

NK özünün və Prezidentin İşlər İdarəsinin nəqliyyat vasitələrinə dair qərar verib

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb - FOTO

Bir qrup energetik təltif edilib - Sərəncam

Sabah rayonlara yağış yağacaq

Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Anar Bayramov səhiyyə naziri təyin edilib

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb

Bəhruz Əhmədov Laçında hərbçilərlə görüşüb

Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək

Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bütün xəbərlər