{category-title}

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.

Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.

Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

X X X

Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.

Dövlət başçılarına layihə barədə məlumat verildi.

Bildirildi ki, "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.

Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.

x x x

Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basdılar.

X X X

Sonra Prezident Kasım-Jomart Tokayev dedi:

- Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.

Prezident İlham Əliyev dedi:

- Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.

Prezident Kasım-Jomart Tokayev dedi: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir.

X X X

Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.

Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Samruk-Kazına" Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə "Samruk-Kazına" SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.

Son xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

Bütün xəbərlər