{category-title}

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb


Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün oktyabrın 5-də Ədliyyə Akademiyasında icbari təlimlər başlayıb.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri təbrik edərək, bu mərhələnin onların peşəkar formalaşmasında mühüm rol oynadığını bildirib.

Sədr qeyd edib ki, təlim proqramı nəzəri biliklərin möhkəmləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyır.

Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv prinsiplər əsasında təşkil edildiyini, yazılı və şifahi imtahan mərhələlərində müvafiq nəzarət mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Təlim iştirakçılarının tərkibinə toxunan sədr diqqətə çatdırıb ki, VK-dan 72, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından isə 1 vəkilliyə namizəd iştirak edir. Bildirilib ki, iştirakçılardan 27-si qadın, 46-sı kişidir. Namizədlərin 90 faizi, yəni 66 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur.

Təlim iştirakçılarının 94 faizi (69 nəfər) paytaxtdan, 6 faizi (4 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Namizədlər arasında gənclərin və qadınların əhəmiyyətli paya malik olduğunu bildirən Anar Bağırov bunun vəkillik institutunun inkişafı və cavanlaşması baxımından müsbət göstərici olduğunu deyib.

Eyni zamanda sədr son illərdə VK-da vəkillərin sayının artdığını, institusional islahatların, beynəlxalq əməkdaşlığın və elektron xidmətlərin genişləndirilməsinin davam etdirildiyini vurğulayıb. Həmçinin dövlət hesabına hüquqi yardımın genişləndirilməsi, xüsusilə regionlarda hüquqi xidmətlərin əlçatanlığının artırılması Kollegiyanın prioritet istiqamətlərindən biri olduğu nəzərə çatdırılıb.

Anar Bağırov Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin vəkil və vəkilliyə namizədlərin peşə hazırlığının gücləndirilməsinə xidmət etdiyini qeyd edib. Sədr təlimlərin təşkilinə göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Həmçinin Kollegiyanın maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sədr vəkillərin peşə etikası qaydalarına ciddi riayət etməsinin, keyfiyyətli hüquqi yardımı vicdanla və məsuliyyətlə göstərməsinin vacibliyini vurğulayaraq, etik pozuntulara və vəkillik institutunun nüfuzuna xələl gətirən davranışlara qarşı VK-nın prinsipial mövqe sərgilədiyini bildirib.

Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə də danışaraq, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamının, eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatların həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.

Açılış mərasimi Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda məruzəsi və ardınca keçirilən müzakirələr və sual-cavablarla davam edib.

Son xəbərlər

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Sabah Bakıya və rayonlara yağış yağacaq

İlham Əliyev Malayziyaya səfərə dəvət olunub

Avstriya səfiri İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim edib

Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib

Ermənistanda sərxoş sürücü polislərə atəş açıb

İlham Mirzəliyev Sumqayıtda vətəndaşları qəbul edəcək

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ

Sabah da Bakıya yağış yağacaq

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq

Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib

Bütün xəbərlər