{category-title}

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr


Tarixdə bu gün baş vermiş mühüm hadisələr:

1. 4 sentyabr 476-cı il tarixində Qərbi Roma imperiyası cermenlər tərəfindən məhv edildi. 

2. 1682-ci ilin 4 senyabr günü ingilis astronom Edmond Halley daha sonra öz adı qoyulan quyruqlu ulduzun keçid müddətini dəqiq olaraq 76 il olaraq hesabladığını dünyaya elan etdi.

3. 4 sentyabr 1919-cu ildə Mustafa Kamal Paşanın açılış nitqilə Sivas konqresinin fəaliyyətlərinə başlandı. Konqres Anadolunun işğalına qarşı Anadolu və Rumeli Müdafaa-i Hüquq Cəmiyyətinin qurulmasına və 15 nəfərlik Təmsil Heyətinin təşkil edilməsinə qərar verdi. Təmsil Heyətinin rəhbərliyinə isə Mustafa Kamal Paşa seçildi.

4. 1957-ci ilin 4 sentyabr tarixində ABŞ-ın Arkansas valisi qara dərili tələbələrin Mərkəzi liseyə qeyd olmasına mane olmaq üçün Milli gözətçiləri vəzifəyə çağırdı. Hadisə ABŞ-ın irqçiliqlə mübarizə tarixində “Little Rock” böhranı adı ilə yer aldı.

5. 4 sentyabr 1957-ci ildə TU-104 markalı reaktiv təyyarə ilə ilk Moskva – Nyu-York aviareysi həyata keçirilib.

6. 4 sentyabr 1971-ci ildə Alyaska hava yollarına məxsus sərnişin təyyarə Alyaska Juneau yaxınlığına düşdü və 111 nəfər həlak oldu.

7. 4 sentyabr 1975-ci ildə “Çto? Qde? Koqda?" verilişinin ilk televiziya buraxılışı olub. Oyun tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən yaradılıb. "Çto? Qde? Koqda?" oyunu Azərbaycanda da geniş yayılıb. Ölkədə mütəmadi olaraq Azərbaycan çempionatı və beynəlxalq yarışlar təşkil edilir. Oyun üzrə ilk üç Dünya çempionatı və Millətlər Kuboku məhz Bakıda keçirilib.

8. 1988-ci ilin 4 sentyabr tarixində Bənqladeşdə baş verən sel fəlakətində 300 nəfər öldü, 20 milyon insan evsiz qaldı.

9. 4 sentyabr 1998-ci ildə "Google" şirkətinin əsası qoyulub. “Google”un tarixi 1996-cı ilin yanvarından başlayır. Həmin il Kaliforniyadakı Stenford Universitetinin doktoranturasında təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində axtarış saytı hazırlanıb.

Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni axtarış sistemi saytlar arasındakı əlaqəni analiz edirdi.

Məqsəd böyük məlumat şəbəkəsi olan internetdə axtarılanları daha asan tapmaq idi. Tələbələr bunun üçün yeni bir texnologiya yaratdılar və qısa zamanda populyarlıq qazandı.

10. 2009-cu ilin 4 sentyabr günü Əfqanistanın şimalındakı Qunduz vilayətində NATO təyyarələri tərəfindən Talibanın oğurladığı irəli sürülən neft tankərlərinə qarşı edilən hava hücumu nəticəsində 90 nəfər həyatını itirdi.

4 sentyabrda bu şəxsiyyətlər xatırlanır:

1. 4 sentyabr 973-ci ildə Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) Xarəzm vilayətinin Kət şəhərində doğulub.

2. 4 sentyabr 1063-cü ildə Böyük Səlcuqlu imperiyasının banisi Toğrul bəy İranın Rəy şəhərində 73 yaşında dünyasını dəyişdi.

3. Azərbaycan baş leytenantı,Milli Qəhrəman Fəxrəddin Nəcəfov 4 sentyabr 1992-ci ildə şəhid olub.

4. 2003-cü ilin bu günündə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə vəfat edib (1921-2003). Əzizə xanım tarixi mövzuda yazılmış bir sıra əsərlərin müəllifidir.(Bizim.Media)

Son xəbərlər

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Bütün xəbərlər